23 Oktyabr 2021 00:18
933
İQTİSADİYYAT
A- A+

“Şuşa - zülmətdən işığa”

 

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, “Azərişıq” ASC-nin Şuşa şəhərini ilkin mərhələdə elektrik enerjisi ilə təchiz etməsi ilə bağlı görülən işləri özündə əks etdirən “Şuşa - zülmətdən işığa” adlı yeni film hazırlanıb.

Xatırladaq ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq,  cəmi 37 gün ərzində Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib.

Filmdə 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan və 44 gün sonra Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Vətən müharibəsi dövründə qurumun fəaliyyəti, mina təhlükəsi, çətin relyef, qarlı qış günləri və s.  kimi ağır şəraitə baxmayaraq, cəsur əməkdaşların ən ağır şəraitdə fəaliyyətindən bəhs edilir.

 “Şuşa - zülmətdən işığa” filmində danışan “Azərişıq” əməkdaşları yolsuzluq və qarlı-çovğunlu hava şəraitində onların qarşılarına qoyulmuş vəzifənin öhdəsindən necə gəlmələrindən bəhs ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video