12 Yanvar 2012 12:01
327
CƏMİYYƏT
A- A+

Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat iclası keçirilmişdir

 

Şuşa Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ötən ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Samir Rəhimov keçən il görülmüş işlər barədə iclasın iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 2011-ci ildə Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi siyasəti nəticəsində ölkədə inkişaf tempi yüksələn xətlə davam etmiş, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində mühüm işlər həyata keçirilmişdir.

Hesabat dövründə nümayəndəliyin təsdiq olunmuş iş planına əsasən fəaliyyət göstərdiyini bildirən S.Rəhimov qeyd etmişdir ki, 2011-ci ildə respublikanın Bərdə, Qəbələ, Ağcabədi, Ağdam rayonunun Mirzələr yatağı və digər rayonlarında məskunlaşmış şuşalılar ilə görüşlər keçirilmiş, onların problemlərinin aradan qaldırılması sahəsində bir çox tədbirlər görülmüşdür. Nümayəndə Şuşa əhalisinin bütün problemlərdən əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunmasını səbirsizliklə gözlədiklərini, dövlət başçısının apardığı məqsədyönlü siyasəti  daim dəstəklədiklərini diqqətə çatdırmışdır.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm iqtisadi baza və ölkəmizin malik olduğu zəngin potensialın Azərbaycanın 2011-ci ildə də dönməz və dinamik tərəqqisinə əlverişli şərait yaratdığını bildirmişdir. B.Səfərov qeyd etmişdir ki, müstəqil iqtisadi siyasətə, beynəlxalq nüfuza malik Azərbaycan Respublikası dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir.

 Hesabat yığıncağında  Prezident Administrasiyasının məsul əməkdaşı Rövşən Ağayev, Milli Məclisin deputatı Elman Məmmədov və digərləri çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən və Şuşa rayonunun icra strukturları qarşısında duran vəzifələrdən danışmışlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video