07:57 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşa qalasının karvansaraları
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
11:20 30.03.2021

 

Böyük İpək yolunun üzərində yerləşən Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvansaralar tikilib. Karvansaralar ticarət məqsədilə bir şəhərdən digərinə gedən yolun üstündə karvanların dayanacaq yeri kimi nəzərdə tutulub. Onun içərisində mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca tövlə və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükan, yeməkxana və s. olurdu. Öz quruluşuna görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu kiçik otaqlarda qonaqları yerləşdirməyə, onların rahat qalmasına və mallarının saxlanmasına imkan verən, hər cür şərait yaradılmış ictimai binalar sayılırdı. Eyni regiondan gələn, eyni dildə danışan tacirlər, karvan sahibləri, səyyahlar təhlükəsizlik naminə eyni karvansarada yerləşməyə çalışırdılar.

Şuşa karvansaraları haqqında məlumat verən Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, qalada ilk karvansara XIX əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbalayi Hüseyn oğlu tərəfindən tikilib və el arasında sahibinin adı ilə də tanınıb. Onun dediyinə görə, karvansara həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar Məhərrəm ayının on gününü burda İmam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbalayi Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd dağılmaqda olan karvansaranı bərpa etdirib birgə işlədiblər.

Müsahibimiz daha sonra deyib: “Qalanın yuxarı hissəsində isə hər meydanının qərb hissəsində “Şeytanbazar” da Hacı Əmiraslan bəyin karvansarası vardı. XIX əsrin ilk illərində İbrahimxəlil xan Cavanşirin böyük oğlu Məhəmmədhəsən ağanın lələsi Hacı Əmiraslan bəy Məhəmməd bəy oğlu (Mir Möhsün Nəvvabın ana babası) tərəfindən tikilmişdi. Karvansara sahibinin vəfatından sonra kürəkənləri Hacı Mir Əhməd ağa Mir Fəseh ağa oğlu və Mirzə Qasım bəy Məşədi Həsən ağa oğlu karvansaranı Məşədi Hüseyn Mirsəyyaf oğluna satmışdılar.

XIX əsrin ikinci yarısında (18888-1889) dindar varlılardan olan Məşədi Hüseyn Mir Səyyaf oğlu Hacı Əmiraslan bəyin Şuşanın “Şeytanbazar” hissəsində mehmanxana tipli ikimərtəbəli karvansaralarını alandan sonra söküb yerində təzəsini tikdirmiş və xalq arasında “Mirsiyab oğlunun karvansarası” kimi tanınmışdı. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Ağa Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayıblar. Karvansara istər böyüklüyünə, istərsə də memarlıq xüsusiyyətinə görə şəhərdəki digər karvansaralardan seçilirdi. Birinci mərtəbədə 25 dükan, dəlləkxana, çəkməçi, dərzi, sərrac, papaqçı, nalbənd və s. dükanlar, bir neçə ticarət kontoru, dini ayinləri icra etmək üçün şəhərdəki məscidlərin bəzilərindən böyük məscid, ikinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının dincəlməsi üçün 25 mənzil vardı. Şimal tərəfdən- çöl tərəfdən əlavə 4 dükan, 3 böyük dalan və qapançı vardı. Karvansarada təkcə Qafqazın şəhərlərindən deyil, həm də İran, Türkiyə, Ərəbistan. Orta Asiya, Rusiya və başqa Avropa ölkələrindən gələn tacirlər də qalırdı. Son dövrlərə qədər burda örtülü şəhər bazarı fəaliyyət göstərirdi”.

“Karvansara vəqf mülkiyyətinə daxil idi. Onun kiitabəsindəki vəqfnaməni Əli Hacı Abbasoğlu yazmışdı. Vəqfnamənin vəqfi dörd parça əhəng daşı üzərində fars dilində nəstəliq xətlə qabarıq surətdə həkk olunmuşdu. Onlardan başqa Şuşa qalasında Uğurlu bəyin, Murad bəyin, Hacı Hüseynin, Gövhər ağanın, Hacı Abbas bəyin, Cavad ağanın və Xanlıq Muxtarın karvansaraları da olub”,-deyə tədqiqatçı-jurnalist bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM