14 Noyabr 2013 01:11
454
Elm və texnika
A- A+

Sürücünün ürəktutma keçirəcəyini öncədən müəyyənləşdirən sistem yaradılıb

 

Sistem Yaponiyanın Nippon Tibb Məktəbinin mütəxəssisləri tərəfindən yaradılıb. Bu avtomobil sistemi sükan arxasındakı şəxsin ürək döyüntüləri  əsasında onun ürəktutma keçirəcəyini qabaqcadan  müəyyənləşdirməyə imkan verir. Beləcə, sürücü təhlükə haqqında xəbərdar edilməklə baş verə biləcək ağır yol qəzasını önləmək  şansı yaranır. Bu zaman sürücünün sağlamlığı ilə bağlı yaranacaq problemlərin qabaqcadan qarşısını almaq üçün vaxt da qazanılır.

İdeyaya əsasən, avtomobilin sükanında xüsusi ötürücülər quraşdırılmalıdır. Bu ötürücülər real zamanda sükan arxasındakı şəxsin ürək ritmini nəzarətdə saxlamaqla  göstəriciləri təhlil blokuna ötürəcək. Mini kompyuter sistemi  təhlükəli simptomlar qeydə aldığı zaman sürücüyə dərhal avtomobili dayandırmaq və tibbi yardım üçün həkimə müraciət etməyi məsləhət görəcək.

Layihənin müəllifləri bu yeniliklə yollarda qəzaların azalmasına nail olmaq ümidindədirlər. Belə ki, bir sıra ağır avtomobil qəzaları sürücülərin sükan arxasında ürəktutma keçirməsi ilə bağlı olur. Rəsmi statistikaya görə, hər il Tokioda 20 nəfər sükan arxasında ürəktutmadan həyatını itirir. Bunu nəzərə alan yapon mütəxəssisləri on il ürəktutma öncəsi müşahidə olunan ümumi əlamətləri müəyyənləşdirməyə çalışıblar. Beləliklə, bu simptomlar əsasında ürəktutmanı 2 saat qabaqcadan proqnozlaşdırmağa imkan verən avtomobil sistemi yaradılıb.  Yeni sistemin kütləvi praktik tətbiqi üçün yapon avtomobil konsernləri ilə danışıqlara başlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video