25 Oktyabr 2021 21:51
1362
DÜNYA
A- A+

Sürix Beynəlxalq Aeroportu Avropanın ən yaxşı hava limanı seçilib

 

İsveçrənin Sürix Beynəlxalq Aeroportu Avropa regionu üzrə növbəti dəfə Dünya Səyahət Mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, dünyanın 85 ölkəsi üzrə 340 aeroportu haqqında müxtəlif kateqoriyalar üzrə sorğunu otelçilik və səyahət ekspertləri cavablandırıblar. Müştəri məmnunluğu, məhsul və xidmətlərin keyfiyyəti kateqoriyalarında bütün Avropa aeroportlarını üstələyən Sürix Beynəlxalq Aeroportu növbəti dəfə birinciliyi qoruya bilib.

Hava daşınması üzrə qiymətləndirmədə “British Airways”, “Avropanın aparıcı aviaşirkəti” və eləcə də “Avropanın aparıcı aviaşirkəti – First Class”, “Air France” “Avropanın aparıcı aviaşirkəti – Business Class” və “Lufthansa” isə “Avropanın aparıcı şirkəti – Economy Class” nominasiyaları üzrə qalib olublar.

Jüri, həmçinin ən yaxşı turizm istiqamətləri, otel və restoranlar üzrə də Avropa qaliblərini müəyyən edib. İstanbulda yerləşən “Çırağan Palace Kempinski” 2021-ci il üzrə Avropanın ən yaxşı oteli adına layiq görülüb.

Qeyd edək ki, otelçilik və səyahət sahəsində ekspertlərdən ibarət beynəlxalq jüri 27 ildən bəri səyahət və turizm sektoru istiqamətində müxtəlif kateqoriya və seqmentlər üzrə qiymətləndirmə aparır və Dünya Səyahət Mükafatı həmin qiymətləndirmə əsasında verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video