14:10 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Suqovuşanın qalib döyüşçüsü
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:13 23.09.2021

“Oktyabrın 5-dək 21 erməni postunu məhv etmişdik. Həmin gün əldə etdiyimiz mövqelərə gedərkən erməni yaraqlıları olduğumuz avtomobili nişan aldılar. Qəfil atəş nəticəsində döyüş əməliyyatını yerinə yetirən 23 nəfərdən 4-i şəhid oldu, 7 nəfər isə ağır bədən xəsarəti aldı. Həmin hadisə zamanı əlimi itirdim. Şükürlər olsun ki, yaralanan qazilər indi həyatdadırlar”.

Milli Ordunun kəşfiyyat qrupun üzvü, müddətdən artıq hərbi xidmət göstərən Samir Məmmədli bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

O, 1998-ci ildə Tərtərdə anadan olub. Ötən ilin payızında başlanılan Vətən müharibəsinin ilk günlərindən silaha sarılan Samir Suqovuşanın hər qarışı, hər metri uğrunda döyüşən, qan tökən igidlərimizdən biri olub.

Oktyabrın 5-i isə onun qəsəbədə son döyüş günü olub. Sağ qolundan yaralanan Samir Naftalan Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra Gəncədə yerləşən mülki xəstəxanalardan birinə, daha sonra isə Gəncə Mərkəzi Hospitalına göndərilib.

Dörd ay davam edən müalicə prosedurlarından sonra indi özünü kifayət qədər yaxşı hiss edir. Ona ikinci qrup əlillik təyin edilib və yuxarı ətraf protezi ilə təmin olunub.

“Ümid edirəm ki, yüksək texnologiyalı protezlə təminatdan sonra həyat funksiyalarım artacaq və heç kəsdən asılılığım olmayacaq. Cəmiyyətə inteqrasiya olunmaqda da bu protezlər müstəsna rol oynayacaq. Ona görə də Vətən müharibəsi qazilərinin sağlamlığına və cəmiyyətə inteqrasiya olunmağına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdaram. Həmişə bu qayğını hiss etmişik”.

“Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilən Samir Məmmədli düşməndən azad olunması uğrunda mübarizə apardığı Suqovuşanı görməyi, onun üçün çox əziz olan həmin torpaqları qarış-qarış gəzib-dolaşmağı arzu edir və ilk imkan olan kimi uğrunda canını əsrigəmədiyi həmin məkana üz tutacaq. Bu dəfə qalib döyüşçü kimi...



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM