31 Iyul 2021 00:41
1121
Elm və texnika
A- A+

Süni intellektə sahib ultra “ağıllı” mobil telefonlar

 

Süni zəka konsepsiyası elmi fantastikanın əsas elementlərindən birinə çevrilib. Özünü inkişaf etdirən sistemlər və proqram təminatı ilə bu konsepsiya indi cibimizə də sığır. Artıq ultra “ağıllı” telefonların dövrü başlayır desək, yanılmarıq.

“Huawei” şirkəti dünyada ilk dəfə “Kirin 970” adlı süni intellektə sahib prosessor istehsal edib.  Sahib olduğu NPU (Sinir şəbəkəsi Generasiya Vahidi) ilə süni intellekt prosesləri daha sürətli və enerji qənaətli olacaqdır. NPU bölməsi indiyə qədər istifadə olunan mobil prosessorlarla müqayisədə 25 qat daha sürətli işləmə gücü təklif edən bir texnologiyadır və bu üstünlüyə baxmayaraq enerji istehlakında 50 dəfəyə qədər qənaət edir.

Süni zəkanın əsas vuruşacağı nöqtə smartfonlardakı virtual köməkçiləri ilə quracağı ünsiyyətdir. “Siri”, “Bixby”, “Google Assistant” kimi köməkçilərdən əlavə “Google TensorFlow”, “Facebook Caffe2” və “Android NN” kimi süni zəka platformaları ilə uyğunluq bu prosessoru əlverişli vəziyyətə gətirəcəkdir.

 NPU-nun bir telefonda nə edə biləcəyini düşünənlər üçün gündəlik etdiyinizi öyrənən və izləyən bir telefon nümunəsi olduğunu deyə bilərik. Bu telefon NPU bölməsi və lazımi proqram dəstəyi sayəsində bütün vərdişlərinizi öyrənə biləcək. Yatma və yuxudan oyanma, işə getmə və dönmə saatlarını bilərək buna uyğun proqram hazırlaya biləcək bir zəka olacaq.

“Qualcomm”, NPU bölməsini insan beyninə bənzər olaraq təyin edir. Ənənəvi prosessorlar bunun üçün bir əməli hərəkət gözləyirlər, ancaq NPU vahidləri bir insan beyni kimi işləyir. Həm də bir əməliyyat etməzdən əvvəl başqa bir əməliyyatın həyata keçirilməsinin zəruriliyini aradan qaldırır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video