02 Mart 2014 01:03
535
Oxucu məktubları
A- A+

Sumqayıtlılar doğma şəhərdə görülən işlərdən razıdırlar

 

Ölkəmizdə aparılan abadlıq, quruculuq işləri Sumqayıtın da simasını büsbütün dəyişib. Yeni istirahət mərkəzləri, parklar, gecələr çilçıraqlarla bərq vuran küçələr, sözsüz ki, ilk növbədə biz sumqayıtlıların rahatlığına xidmət edir.

Sumqayıtda abadlıq işlərinin aparılmasında şəhər icra hakimiyyəti ilə bərabər, "Azərkimya" İstehsalat Birliyinin kollektivi, şəxsən birliyin sədri, Milli Məclisin deputatı Muxtar Babayev də yaxından iştirak edir. Bu işlərin sırasında məhəllələrdə tikilən "xeyir-şər" evlərini, onların lazımi avadanlıqlarla təchizatını xüsusi vurğulamaq istərdik. Həmin evlər hətta elə səviyyədə tikilir ki, orada istənilən məclisi keçirmək mümkündür.

Həm də bizim üçün önəmli odur ki, hələ sovet dövründə ekoloji problemlərin məngənəsində boğulan Sumqayıt bu gün sözün əsl mənasında ən təmiz şəhər kimi tanınır. Çünki burada bütün istehsal sahələrində, o cümlədən "Azərkimya" İstehsalat Birliyində müasir texnologiyaların tətbiqinə üstünlük verilir. Bu da şəhərin ekologiyasının qorunması və insanlar üçün təhlükəsiz mühitin yaradılmasına imkan verib. Artıq sumqayıtlıların əksəriyyəti istirahət üçün, boş vaxtlarını səmərəli keçirmək üçün nə paytaxta, nə də başqa bölgələrə üz tuturlar, öz şəhərlərinə üstünlük verirlər.

Bütün bunların sayəsində bu gün hər bir sumqayıtlı doğma şəhərinin gözəlliyindən, onlar üçün yaradılan şəraitdən məmnunluqla danışır. Hər birimiz özümüzü müasir və abad şəhərdə hiss edirik. Ona görə ölkə başçısına, şəhərimizin abadlaşmasında xidməti olan hər kəsə minnətdarlığımızı bildiririk.

 

Yusif MƏMMƏDOV,

keçmiş hərbçi,

Sumqayıt

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video