11:27 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sumqayıtlı teatrsevərlər  tamaşalara 52-ci mövsümdə də onlayn baxacaqlar

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:32 09.04.2021

 

Prezidentin tapşırığı ilə Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir işləri aparılmış, bütün mühəndis-texniki qurğular tamamilə yenidən qurulmuş, 500 yerlik tamaşa və 100 yerlik akt salonları müasir avadanlıqlarla təchiz olunmuşdur. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri quraşdırılmışdır.

Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilmişdir. Həmçinin bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunmuş, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib hazırlanmış, teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənmiş, binadakı sütunlar mərmərlə üzlənmişdir.

Bütün bunların fonunda teatrın repertuarı da zənginləşmişdir. Təəssüf ki, pandemiya səbəbindən teatr 52-ci mövsümündə də onlayn fəaliyyət göstərir.  Maarifləndirici, vətənpərvərlik və bir sıra tanıdıcı çarxlar, onlayn tamaşalar mütəmadi teatrsevərlərə təqdim olunur.

Hər ay müxtəlif janrlı tamaşalarla teatrsevərlərin görüşünə gələn Sumqayıt Dövlət Dram Teatrı qarşıdakı aylarda  virtual repertuarını tamaşaçılara açıqlayıb. Cari mövsüm nümayiş olunacaq səhnə əsərləri arasında Y.Əzimzadənin “Nəsrəddin”, R.Kiplinqin “Öz xoşuna yaşayan pişik”, K.Həsənovun “Sehrli yaylıq”, “Ələddinin sehrli çırağı”, “Məlikməmməd”, “Əlibaba və qırx quldur”, A.Şaiqin “Qaraca qız”, V.Qaufun “Balacaboy yekəburun” uşaq tamaşaları, eləcə də M.Süleymanlının “Dəyirman”, T.Özakmanın “Ocaq”, C.Patrikin “Qocanı öldürməliyik”, Ə.Əmirlinin “20 ildən sonra”, “Sevgilim Sumqayıt”, M.Atəşin “Şərəfin sandığı”, Y.Onilin “Qarağaclar altında məhəbbət”, mərhum rejissor Rövşən Almuradlının xatirəsinə ithafən M.B.Marinyenin “Oğru” tamaşaları var.

Bunlardan əlavə, teatrın kollektivi Nizami Gəncəvinin yubileyi ilə bağlı yeni tamaşa hazırlamaq fikrindədir.

 

Akif ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM