31 Yanvar 2012 12:01
454
İDMAN
A- A+

«Sumqayıt kuboku» futbol turnirinə start verildi

 

Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin və Unibank Premyer-liqasında çıxış edən "Sumqayıt" futbol klubunun birgə təşkilatçılığı ilə "Sumqayıt kuboku" uğrunda ümumşəhər futbol turnirinə start verilmişdir.

Üç yaş qrupu üzrə keçirilən turnirdə 30-dan artıq ümumtəhsil məktəbinin, həmçinin "Sumqayıt" peşəkar futbol klubunun yeniyetmələrdən ibarət komandaları iştirak edirlər. Olimpiya sistemi üzrə təşkil olunmuş yarışlar M.Hüseynzadə adına stadionda və Sumqayıt Dövlət Universitetinin süni örtüklü futbol meydançasında həftənin şənbə və bazar günləri keçirilir.

Şəhərdə gənclərin idmanın müxtəlif növlərinə daha çox cəlb edilməsi, əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədilə keçirilən belə turnirlərdə əvvəlki illərdən fərqli olaraq, daha çox təhsil müəssisəsi iştirak edir. Turnirin qaliblərinə fəxri fərman, pul mükafatları və müxtəlif hədiyyələr təqdim ediləcəkdir.

 

A.ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video