26 Yanvar 2013 04:01
400
Təhsil
A- A+

Sumqayıt Dövlət Universitetində akademik Ramiz Mehdiyevin «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» sərlövhəli məqaləsinin müzakirəsi keçirilmişdir

 

Yanvarın 25-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" sərlövhəli məqaləsinin müzakirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan SDU-nun rektoru professor Nadir Qəhrəmanov "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin günümüz üçün əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, müəllif məqalədə Şah İsmayılın Azərbaycanı birləşdirmək qüdrətindən, onun böyük sərkərdə, şair və s. kimi səciyyəvi cəhətlərindən söz açaraq ətraflı araşdırmaları əsasında gerçək həqiqətlərin üzə çıxarılmasına nail olmuşdur.

Səfəvilər dövləti dövründə Azərbaycanın geosiyasi vəziyyəti, bu dövrdə əldə edilmiş nailiyyətlərdən bəhs edən rektor məqalədə bütün bu məqamlara aydınlıq gətirildiyini bildirmişdir.

Universitetin tarix fakültəsinin dekanı professor Adil Baxşəliyev demişdir ki, Azərbaycan müstəqillik qazanana qədər tariximizin Səfəvilər dövrünə doğru yanaşılmamışdır. Sovet ideologiyası bu dövrə, eləcə də Şah İsmayıl Xətai şəxsiyyətinə yanaşmada da özünü göstərmişdir. Yalnız ölkəmiz müstəqillik qazandıqdan sonra Səfəvilər dövlətinin Azərbaycan tarixindəki yeri araşdırılaraq üzə çıxarılmışdır. Bu mənada akademik Ramiz Mehdiyevin araşdırması xüsusi əhəmiyyət daşıyır. 

Ümumi tarix kafedrasının müdiri professor Şirxan Səlimov qeyd etmişdir ki, bu məqalə tariximizin böyük bir dövrünə yeni bir yanaşmanı özündə ehtiva edir. Məqalədə əsaslandırılır ki, Səfəvi dövləti həm milli atributları etibarilə, həm coğrafi, həm də idarəetmə baxımdan türk dövlətidir.  Bu baxımdan məqalə Azərbaycana, onun tarixinə qarşı böhtan atanlara tutarlı bir cavabdır.

Azərbaycan  tarixi kafedrasının müdiri dosent Əmirxan İsayev də vurğulamışdır ki, sözügedən məqalə tariximizin mühüm bir səhifəsinə verilən qiymət, yeni təfəkkürlü yanaşmadır.

Universitetin prorektoru professor Yadigar Hüseynov isə qeyd etmişdir ki, akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi yeni səfəviçilik ideyasının əsasını qoymuşdur. Beləliklə, yazıda yer alan tezislər tarixçilərimizin yeni vəzifələrini müəyyənləşdirmək baxımından da çox qiymətlidir.

 SDU-nun Fəlsəfə kafedrasının müdiri professor Həsən Sadıqov məqalənin  tədqiqatçılar üçün yeni istiqamətlər müəyyənləşdirdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bundan sonra uzun bir tarixi dövr ərzində tarixçilərimiz məqalədə qoyulmuş problemlərin araşdırılması və təhlili ilə məşğul olmalıdırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video