08:13 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sultan Süleyman Qanuninin portreti hərracda rekord qiymətə satılıb
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
22:11 31.03.2021

 

Osmanlı imperiyasının 10-cu sultanı olan Sultan Süleyman Qanuninin portreti İngiltərədə hərracda rekord qiymətə satılıb.

AZƏRTAC xəbər verir ki, ilkin məbləğ olaraq 60 min funt sterlinqə (təxminən 691 min türk lirəsi və ya 142 min 500 manat) satışa çıxarılan portret 350 min funt sterlinqə (təxminən 830 min manata və ya 4 milyon türk lirəsi) satılıb. Alıcı vergilərlə birlikdə portretə 438 min funt sterlinq (təxminən bir milyon 100 min manat və ya beş milyon türk lirəsi) ödəyəcək.

XVI əsrin sonu-XVII əsrin əvvəllərində çəkildiyi ehtimal edilən və çox nadir bir əsər hesab olunan portret mis çərçivəsi ilə birlikdə 44.5x39.8 santimetr ölçülərindədir. Portretin Möhtəşəm Süleymanın təxminən 43 yaşında İraqdakı Səfəviləri və Preveze dəniz döyüşündə səlib donanmasını məğlub etdikdən sonra gücünün zirvəsində olduğu bir dövrdə çəkildiyi irəli sürülür.

Osmanlı və Venediklilər arasındakı sənət mübadiləsinə işıq tutduğu düşünülən portret, XIX əsrdən bəri bir fransız ailəsinin xüsusi kolleksiyasında saxlanılıb.

“İslam dünyası və Hindistan sənətləri” mövzulu hərraca ümumilikdə 183 əsər təqdim edilib.

Hərracda Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultanın XVII əsrə aid portreti, müxtəlif dövrlərə aid müqəddəs “Qurani-Kərim” və səhifələri, Osmanlı zamanına aid müxtəlif kilim növləri və xalçalar da satılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM