23:13 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Su həm xeyirdir, həm də ziyan
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:07 08.07.2012

 

Su orqanizmə çox lazımdır. Toksinlərin ifraz olunması, qida elementlərinin hüceyrələrə daşınması, təzyiqin tənzimlənməsi, temperaturun nəzarətdə saxlanması, oynaqların və orqanların qorunması, qulaq, burun və boğaz üçün lazım olan nəmli mühitin təmin edilməsi və s. kimi bir çox fəaliyyətlər üçün suya böyük ehtiyac var.

Hər kəs çəkisinə, yaşadığı mühitə, fiziki fəaliyyətinə, tərləmə səviyyəsinə görə su qəbul edir. Susuzluğu aradan qaldırmaq üçün ən yaxşı vasitə yenə də suyun özüdür. Çünki meyvə şirələrini və qazlı içkiləri çox içdikdə çəkinin artmasına səbəb olur.

Lakin çox su içmək də zərərlidir. Məsələn, ifrat dərəcədə su içdikdə bədəndə elektrolit itkisi meydana gəlir. Bu isə hüceyrədaxili və hüceyrəxarici mayelərin tarazlığını pozaraq sağlamlıq üçün ciddi təhlükə törədir. Ağır fiziki fəaliyyətlə məşğul olanlar, mühitin temperaturu və nəmliyi normadan artıqdırsa, daha çox su itkisi yaşamamaq üçün əlavə olaraq mineral tərkibli mayelərə üstünlük verə bilərlər. Yemək zamanı çox su içmək isə həm mədədə turşuluğun azalmasına, həm də həzm probleminin yaranmasına səbəb olur.

Çox susama bəzi xəstəliklərin əlaməti kimi də ortaya çıxa bilər. Onların arasında diabet və yoğun bağırsaq problemi əsas yer tutur. Bu vəziyyətdə mütləq həkimlə məsləhətləşmək lazımdır.

Ürək xəstəliyi, yüksək təzyiq və şiş problemi olanlar da suyun miqdarını azaltmalıdırlar.

Uşaqlarda su ehtiyacı yaşa görə dəyişir. Altıaylıq körpələrdə su ehtiyacı ana südü, əgər ana südü kifayət etmirsə, başqa yollarla təmin olunmalıdır. Altı aydan sonra isə müəyyən dozalarda su vermək olar. Xüsusilə də əlavə qidalar verməyə başladıqda körpəyə maye vermək lazımdır.

Gündəlik su ehtiyacı getdikcə artaraq 12 yaşında 1,5 litr olmalıdır. Gənclər və yeniyetmələr gün ərzində təxminən 1,5-2 litr su içməlidirlər. Fiziki fəaliyyətlə məşğul olanlar isti havalarda daha çox su içməlidirlər. Bu miqdar 2,5 və ya 3,5 litr də ola bilər.

Həddindən artıq su içmək qan dövranına mənfi təsir göstərir, damarlarda, xüsusilə də ürəkdə fəsadlar törədir.

Yeməkdən yarım saat əvvəl içilən 2 stəkan su toxluq hissi meydana gətirir. Ancaq unudulmamalıdır ki, su qidanı əvəz edə bilməz, acarkən balanslı qidalanma yerinə, su içməklə kifayətlənmək sonradan ciddi problemlərə səbəb ola bilər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM