17:32 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Stomatologiya sahəsində müsbət irəliləyişlər davam edir
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:03 19.03.2013

 

Müsahibimiz Azərbaycan Stomatoloji Assosiasiyanın prezidenti, ATU-nun kafedra müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyevadır

 

- Rəna xanım, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə yaradılmış bir çox təşkilatlar müxtəlif beynəlxalq qurumlarda təmsil olunur, ölkənin nüfuzunu daim yüksəkliklərə qaldırır. Respublikamızda inkişaf edən sahələrdən biri də məhz səhiyyədir. Bu sahə üzrə müvafiq assosiasiyalar uğurla fəaliyyət göstərirlər. Azərbaycan Stomatoloji Assosiasiyası (ASA) da onlardan biridir. Bilirik ki, siz elmi və ictimai fəaliyyətinizlə yanaşı, artıq 15-ci ildönümünü qeyd edən ASA-nın prezidenti vəzifəsini icra edirsiniz. Assosiasiyanın yaradılması, məqsədi və məramı barədə nə deyə bilərsiniz?

- Assosiasiyamız 1997-ci ildə təsis olunub və yarandığı gündən başlayaraq beynəlxalq aləmdə nüfuz dairəsini genişləndirib. Təşkilatımız artıq 1998-ci ildən etibarən beynəlxalq stomatoloji forumlarda aktiv iştirak edərək respublikamızda da stomatologiyanın bir çox sahələrinə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar təşkil edib. Bizim əsas məramlarımızdan biri də ondan ibarət olub ki, ASA hər zaman dünya stomatologiyasına inteqrasiya olunmaq üçün sürətli addımlar atsın. Çünki dünyanın stomatoloji yeniliklərini, texnologiyalarını əldə etmək, bu sahədəki praktikanı genişləndirmək Azərbaycan stomatologiyasına yeniliklər gətirməyə əsaslanır. Düşünürəm ki, biz buna nail olmuşuq. Məhz dünyanın 133 daimi, 9 assosiativ, 25 korporativ üzvünü birləşdirən  Beynəlxalq Stomatoloqlar Federasiyasına (FDİ) qəbul olunmağımız apardığımız işlərin uğurlu nəticəsidir. Dünya stomatoloqlarını birləşdirən bir təşkilata üzv olmaq, həm də SSRİ dağıldıqdan sonra bizim üçün əsas vəzifə borcu idi. Daha bir maraqlı fakta toxunaraq bildirmək istərdim ki, ASA-nın FDİ-yə qəbul olunmasından öncə MDB ölkələrindən yalnız Rusiya həmin təşkilata üzv seçilmişdi. Azərbaycan isə bu sırada ikincidir.

- ASA dünya stomatoloqlarının federasiyasına necə üzv oldu? Çünki bildiyimiz qədər FDİ-yə qəbul olunmaq elə də asan iş deyil.

- ASA FDİ-yə üzv olunmamışdan bir il öncə federasiyaya paket sənədlər təqdim etdi. Həmin sənədləri federasiyanın Baş Assambleyası nəzərdən keçirdi və gizli səsvermədən sonra Azərbaycanın da bu beynəlxalq təşkilatın üzvlüyünə layiq olması yekdilliklə qəbul edildi. Məhz həmin ildən etibarən - 1998-ci ildən başlayaraq İspaniyanın Barselona şəhərində ASA ukraynalı həmkarları ilə birlikdə daimi üzvlüyə seçildi və bu günə qədər federasiyanın keçirdiyi bütün beynəlxalq tədbirlərdə iştirak edir.

- ASA-nın ölkədəki fəaliyyət istiqaməti necə təşkil olunub?

- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra, xüsusilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi dövrdən başlayaraq ölkədə səhiyyə sahəsində də bir çox uğurlu islahatlar aparılmağa başlandı. Məhz stomatologiya sahəsində görülən davamlı işlərin nəticəsidir ki, bu gün təşkilatımız mütəmadi şəkildə yeni layihələr həyata keçirir, uğurlar əldə edir.

Təbii ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğı bizim apardığımız məqsədyönlü işlərimizə kifayət qədər stimul, təkan verir. Mən burada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinə də toxunmaq istərdim. Çünki onun rəhbərlik etdiyi fond nəinki Azərbaycanda, eləcə də dünyanın ən ucqar nöqtələrində belə bir çox nəhəng layihələr həyata keçirmişdir. Bir səhiyyə işçisi kimi Mehriban xanımın bu sahə üzrə də göstərdiyi fəaliyyəti yüksək dəyərləndirirəm.

ASA-nın fəaliyyətinə gəlincə, assosiasiyamızın iş istiqaməti bir neçə yerə bölünüb. İlk istiqamət, yuxarıda vurğuladığım kimi, beynəlxalq fəaliyyətlə bağlıdır. Qeyd edim ki, FDİ-də fəaliyyətini uğurla davam etdirən ASA 2005-ci ilin nəticələrinə görə beynəlxalq təşkilatın inkişaf fondunun donorlarından biri kimi tarixə düşmüşdür. Həmçinin ASA Azərbaycanda beynəlxalq stomatologiyanın aktual problemlərinə həsr olunmuş konfranslar keçiribdir. Bununla yanaşı, ASA-nın rəsmi nümayəndələri hər il FDİ tərəfindən təşkil edilən bütün konqreslərdə yaxından iştirak etmişdir. Artıq növbəti konqresin keçiriləcəyi şəhər də müəyyən olunub. Bu, qardaş ölkə Türkiyənin İstanbul şəhərində avqust ayının 28-31-də baş tutacaq.

İkinci istiqamətimiz isə ölkədaxili fəaliyyətimizin təməlini təşkil edir. Belə ki, ASA Azərbaycanın paytaxtı ilə yanaşı, bölgələrdə çox uğurlu layihələr reallaşdırıb. Gəncə, Şəki, cənub və şimal regionlarımızda müxtəlif adda simpoziumlar həyata keçirilib, həkimlər üçün maarifləndirici işlər təşkil olunub. Bu işlər artıq ənənə şəkli almışdır. Qeyd edək ki, bütün tədbirlər pulsuz olaraq assosiasiyamızın daxili maliyyə vəsaiti hesabına gerçəkləşdirilməkdədir. Bu faktor isə onu deməyə əsas verir ki, Azərbaycanda səhiyyə sahəsinə göstərilən dövlət qayğısı olmasaydı, əlbəttə ki, biz uğurla yekunlaşan belə layihələrimizi həyata keçirə bilməzdik.

ASA-nın fəaliyyətinin əhəmiyyətli mərhələlərindən biri də assosiasiyamızın dövri mətbuat orqanının yaradılmasıdır. "Qfqazın Stomatoloji Yenilikləri" adlı dərgimiz apardığımız işlərin hesabatlarını, qarşıda dayanan məqsəd və məramlarımızı oxucuların diqqətinə çatdırır. Dərginin redaksiya heyətinə MDB-nin, eləcə də xarici ölkələrin görkəmli alimləri daxildirlər.

- Rəna xanım, ASA-nın başqa hansı layihələri mövcuddur və qarşıdakı planlarınız nədən ibarədir?

- ASA yalnız stomatoloji xəstəliklərlə deyil, eləcə də digər sahələr üzrə fəaliyyət proqramları təşkil etməkdədir. Belə ki, 1999-cu ildən başlayaraq assosiasiyamız şəkərli diabet xəstəsi olan uşaqlar üçün ağız boşluğunu sağlamlaşdırmaq istiqamətində proqram həyata keçirir. ASA-nın üzvləri şəhər və respublika endokrinoloji dispanserlərin nəzdində diabetli uşaqlarda ağız boşluğunun gigiyenası ilə bağlı dərslər keçirlər.

Uşaq yaşlarında stomatoloji xəstəliklərin azaldılmasının vahid və təsirli vasitəsi həm də profilaktik proqramlardır. Bununla əlaqədar rəhbərlik etdiyim assosiasiya  tanınmış şirkətlərlə Azərbaycanda məktəb-təhsil proqramını reallaşdırmışdır. Bu proqram ağız boşluğu gigiyenasının yaxşılaşdırılmasına xidmət edir. Qeyd edim ki, mövcud proqram çox uğurla həyata keçirilmiş və 10 il ərzində Bakı, Sumqayıt, Mingəçevir, Gəncə və Şirvanda 300 min uşaq həmin proqrama cəlb edilmişdir. Onu da bildirim ki, bizim dərs vəsaitlərimiz Təhsil Nazirliyi tərəfindən də təsdiqlənmişdir. Qarşıdakı planlara gəlincə, bildirmək istərdim ki, ASA ölkədə növbəti elmi-praktiki konfranslarını təşkil etmək niyyətindədir. Çünki bu konfransların keçirilməsi nəticəsində həkim stomatoloqların bilik və ixtisas səviyyələri artırılır, aparılan fikir mübadilələri işimizi uğurlu şəkildə qurmaqda kömək edir.

Digər bir məsələyə də aydınlıq gətirmək istərdim. Belə ki, hər il sentyabr ayının 12-i FDİ tərəfindən elan olunmuş "Beynəlxalq Ağız Boşluğu Günü (WOHD)" kimi qeyd edilirdi. Artıq bu tarix 2013-cü ildən başalayarq martın 20-də qeyd olunacaq. ASA da öz növbəsində bu qərarı dəstəkləyərək əvvəlki illərdə olduğu kimi, bu il də həmin günlə bağlı müxtəlif istiqamətlərdə öz təbliğati işlərini aparır və bundan sonra da insanlar arasında bu istiqamətdə fəaliyyətini uğurla quracaq.

 

Musahibəni apardı:

Rəfiqə HÜSEYNOVA



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM