05 Oktyabr 2011 01:10
411
İQTİSADİYYAT
A- A+

«Statoil» Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

 

Oktyabrın 4-də  Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev "Statoil" şirkətinin nümayəndə heyəti - şirkətin icraçı baş prezidenti Peter Melbi, vitse-prezidenti Torqeyr Kidland və "Statoil Azerbaijan" şirkətinin prezidenti Lars Troen Sorens ilə görüşmüşdür.

Sənaye və Energetika Nazirliyindən AzərTAc-a bildirmişlər ki, qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə qonaqlar "Statoil"un Azərbaycanda yeni kəşf olunan qaz yataqlarında hasilat işlərinin aparılmasında və ümumiyyətlə, yeni yataqların kəşfində yaxından iştirak etməkdə maraqlı olduqlarını söyləmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətində olan "Statoil" xüsusilə qaz sahəsində ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyir.

Görüşdə qazın Avropaya nəqli, Azərbaycanın bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığı və s. məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran suallar cavablandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video