01:05 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:33 21.09.2021

Sönməyən işıq


00:27 21.09.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“SpaceX” 2024-cü ildə Yupiteri tədqiq edəcək aparatı kosmosa çıxaracaq
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
14:51 24.07.2021

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Yupiterin səthini müxtəlif hündürlükdən tədqiq edəcək “Europa Clipper” zondunu orbitinə çıxarmağı “SpaceX” kompaniyasına etibar edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qurumun mətbuat xidməti kosmik aparatın “Falcon Heavy” daşıyıcı raketi vasitəsilə kosmosa çıxarılacağı barədə məlumat yayıb.

“Europa Clipper” missiyası 2024-cü ilin oktyabrında “Falcon Heavy” daşıyıcı raketi vasitəsilə Florida ştatında yerləşən Con Kennedi adına Kosmik Mərkəzdən fəzaya buraxılacaq. Müqavilənin ümumi dəyəri 178 milyon dollara yaxındır”, - deyə məlumatda bildirilir.

“Europa Clipper” tədqiqat zondu Günəş sisteminin ən böyük planetinin səthinin həyat üçün yararlığının yoxlanılması üçün ən müasir alətlər dəsti ilə təchiz olunacaq. Missiya zamanı NASA mütəxəssisləri yüksək dəqiqlikli fotoşəkillər çəkməyi, astronomik cismin kimyəvi tərkibini müəyyənləşdirməyi, geoloji aktivliyini öyrənməyi və buz örtüyünün qalınlığını ölçməyi planlaşdırırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM