28 Yanvar 2019 11:40
1305
Səhiyyə
A- A+

Şotlandiyada “xərçəng dərmanları yumurtlayan” toyuqlar yetişdirilib


Şotlandiyada tədqiqatçılar tərkibində bəzi xərçəng növləri ilə mübarizdə istifadə edilən dərmanlar olan toyuq yumurtaları əldə ediblər. Genetik modifikasiya olunmuş bu toyuqların "dərman yumurtaları” dərman şirkətlərinin satqıları xərçəng preparatlarından 100 dəfə ucuz başa gəlir.

AZƏRTAC BBC-lə istinadla xəbər verir ki, mütəxəssislər bu yumurtaların kütləvi satışa çıxarılacağına ümid edirlər. Edinburq şəhərindəki "Roslin Technology” şirkətinin nümayəndəsi Liza Herronun bildirdiyinə görə, "bu cür yumurtaların əldə edildiyi toyuqlar üçün xüsusi hinlər düzəldilib və onlar normal şəkildə yumurtlayır. Əsas məsələ bu quşların yeminə əlavə olunan dərmanlar və onların genetik modifikasiyasının dəyişməsidir. Yumurtalarda olan zülallardakı dərmanlar isə apteklərdə satılanlardan 100 dəfə ucuz başa gəlir”.

Alimlər bundan əvvəl də genetik modifikasiya olunmuş keçi südü və toyuq yumurtalarından müalicədə istifadə olunacaq zülallar alınacağını bildirmişdi. Məlum olduğu kimi, bəzi xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəbi orqanizmin müəyyən bir kimyəvi maddənin və ya proteinin istehsalını dayandırmasıdır. Toyuq yumurtalarındakı həmin maddələr orqanizmdə bu prosesi yenidən bərpa edə bilər. Burada başlıca amil toyuğun DNT-sinin və yumurtanın ağında olan maddənin dəyişməsidir. Tədqiqatçılar diqqəti insanın immun sistemindəki iki vacib proteinə yönəldiblər: Bunlardan birində - IFNalpha2 proteinində antivirus və xərçənglə mübarizə xassələri var. Digər CSF proteini isə hüceyrələrin özlərini bərpa etmələrinə kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video