23:39 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sosial xidmətlər sahəsi üzrə mühüm layihə və innovativ təşəbbüslərin təqdimatı olub

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:52 07.05.2021

 

Aparılan islahatlar sosial xidmətlər sahəsində də elektron infrastrukturun formalaşmasına, bu sahədə müasir və çevik idarəçilik-monitorinq sisteminin qurulmasına yönəlib.

Sosial Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin yaradılması xidmət göstərilənlərlə bağlı bütün məlumatları real vaxt rejimində əhatə edən sosial xidmətlər xəritəsi modelinin tərtib olunmasına imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq sahələr üzrə mühüm layihə və innovativ təşəbbüslərin təqdimatı ilə əlaqədar onlayn formada keçirilən tədbirdə bildirib.

Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının sosial xidmətlərin inkişafı istiqamətində də ciddi irəliləyişlərə imkan verdiyini vurğulayıb. Qeyd edib ki, son iki ildə və cari ilin ilk rübündə müasir tələblərə uyğun 12 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib və bu proses davam edir. Eyni zamanda, sosial xidmətlərin operativ, müasir iş prinsipləri əsasında idarə olunması mexanizmi yaradılır. Bu xidmətlərin keyfiyyətinin və operativliyinin, əlçatanlığının artırılması, sosial xidmətlərə ehtiyac duyan insanlarla işin, onlara qayğı göstərilməsi prosedurlarının qabaqcıl dünya təcrübəsi əsasında qurulması əsas hədəflərdəndir.

S.Babayev hazırda 1200-dən çox şəxsin daimi dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində sosial modelə keçid prosesini diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd həmin insanların cəmiyyətə inteqrasiyası, digərlərindən asılı olmadan, sərbəst şəkildə öz həyatlarına səfərbər olmaları üçün sosial reabilitasiya məqsədli işlərin gücləndirilməsidir. Ümumilikdə sosial xidmətlərin əsas məqsədini xidmət göstərilən şəxslərin həyatında müsbət dönüşə, pozitiv dəyişikliyə, fəal həyata dönüşə nail olmaq təşkil etməlidir. 

Nazir möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsinin qazilərinin, şəhid ailələrinin sosial dəstəklə təminatı işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Postmüharibə dövründə Sosial Xidmətlər Agentliyinin xətti ilə bu kateqoriyadan olan vətəndaşların sosial-psixoloji dəstəklə təmin olunması işlərinin əhəmiyyətini, bu işlərin minlərlə insanı əhatə etdiyini diqqətə çatdırıb. Bundan sonra da qazi və şəhid ailələrinə sosial dəstək işlərinin fəaliyyətində prioritet istiqamət təşkil edəcəyini vurğulayıb.

Sonra “Psixososial yardım xidməti”, “Sağlamlıq imkanları məhdud 0-6 yaşarası uşaqların səyyar sosial reabilitasiyası”, “Sosial iş üzrə virtual təlim proqramı”, “Azərbaycanda sosial xidmətlərin və əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi” və başqa mövzularda təqdimatlar olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM