02:37 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sosial Tədqiqatlar Mərkəzi aşağıdakı işlərin satın alınması məqsədilə təkliflər sorğusu elan edir

ANA SƏHİFƏ / ELANLAR
01:23 25.06.2021

 

Yasamal rayonu, İsmayil bəy Qutqaşınlı küçəsi, 18 ünvanında yerləşən binada İnformasiya texnologiyaları, onunla əlaqəli və digər planlanmış müxtəlif çaplı avadanlıqların, işlərin, xidmətlərin satın alınması

Maraqlanan təşkilatlar  (012) 510-70-78 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

İddiaçıların təklifləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə uyğun gəlməlidir. Zərurət yaranarsa,  ixtisas göstəricilərinə dair sənədlər tələb edilə bilər.

Təkliflər sorğusu 09.07.2021-ci il saat 15:00-da keçiriləcəkdir.

İştirak etmək üçün sənədlər 08.07.2021-ci il saat 17:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri Nəsimi rayonu, Ü.Hacıbəyov, 62.

 

Tender komissiyası

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM