07:19 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sosial sığorta haqları ilə bağlı qanunvericilik bazasında uyğunlaşdırma aparılıb

ANA SƏHİFƏ / CƏMİYYƏT
20:43 20.09.2021

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2020-ci il 29 dekabr tarixli 239 nömrəli Qanunla həmin Qanunun 19.1-ci maddəsinə edilmiş dəyişikliyə müvafiq olaraq məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda (əvvəl “vahid fond” ifadəsindən istifadə edilirdi, mahiyyət etibarilə eynidir) cəmləşdirilir. “Dövlət sosial müdafiə fondu” dedikdə, qurum olaraq fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu deyil, obyekt yəni vəsaitin cəmləşdirildiyi fond nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin 271 nömrəli Qərarına dair izahda yer alıb.

İzahda deyilir: “Həmin maddəyə əlavə edilmiş daha sonrakı cümlədə isə dəqiqləşdirilmə məqsədilə dövlət sosial müdafiə fondunun idarəçiliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi göstərilmişdir. Yəni burada vəsaitin cəmləşdirildiyi fondla onun idarəçiliyini həyata keçirən Dövlət Sosial Müdafiə Fondunu ayırmaq zərurəti yaranır. Lakin dəyişiklik mahiyyət etibarilə yeni tənzimlənmə müəyyən etmir. Sadəcə dəqiqləşdirmə xarakterlidir.

Məcburi dövlət sosial sığorta haqları fondun idarəçiliyini həyata keçirən qurum olan Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülür, sonradan isə dövlət sosial müdafiə fondunda cəmləşdirilir.

Dəyişiklik nəzərdə tutulan qanunvericilik aktlarında:

• vəsaitlərin hara ödənilməsi, köçürülməsi məsələsi olduqda qurum nəzərdə tutulmuş və vəsaitin Dövlət Sosial Müdafiə Fondunun hesablarına köçürüldüyü göstərilmişdir. Uyğunlaşmanın daha tam və dəqiq olması məqsədilə köçürülmənin məhz qurumun hesabına köçürüldüyü göstərilmişdir.

• Qalan hallarda yəni, vəsaitin cəmləşdirilməsi, haradan ayrılması məsələsi olduqda isə qurumun (DSMF) adı deyil, obyektin (dövlət sosial müdafiə fondunun) adı göstərilmişdir”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM