15:43 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sosial rifah iqtisadi gücün göstəricisidir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:36 07.08.2021

 

İlham Əliyevin iqtisadi islahatları Azərbaycanı sosial sahədə güvənli ölkəyə çevirib

 

Əhalinin sosial rifahının yüksəlməsində məşğulluğun rolu danılmazdır. Bu baxımdan yeni iş yerlərinin yaradılması həyata keçirilən islahatların əsas hədəflərindən biri kimi müəyyən edilib. Təsadüfi deyil ki, ölkəmizdə əhalinin məşğulluğuna yönəldilən xüsusi diqqət beynəlxalq  təşkilatlar tərəfindən də yüksək  qiymətləndirilir.

Son dövrlər sosial xarakterli iş yerlərinin açılması da bu sahədə müsbət dinamikanın yaranmasına təsir göstərir. Xüsusilə fərdi sahibkarlıqla məşğul olmaq üçün vətəndaşlara göstərilən yardım məşğul əhalinin sayının artmasına səbəb olur. Bununla yanaşı, işsiz vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da  müsbət nəticə   verir.

Yaxın keçmişdə  rayonlarda yaşayan əhalinin iş yerlərinin azlığından  əziyyət çəkdiyi hamıya məlumdur. 2004-cü ildə regionların sosial-iqtisadi inkişaf proqramlarının icrasına başlanması ilə bölgələrdə bu sahədə müşahidə edilən çətinlik  aradan qaldırıldı. Belə ki, regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları yeni  müəssisələrin yaranmasına və  iş yerlərinin açılmasına imkan verdi. Dövlət dəstəyi sayəsində bölgələrdə minlərlə kiçik, orta və iri istehsal, emal və xidmət müəssisələri fəaliyyətə başladı. Bununla yanaşı,  dövlətə məxsus obyektlərin açılması da yeni iş yerlərinin yaradılmasına imkan verdi. Yeri gəlmişkən qeyd edək ki, turizmə göstərilən dəstək də regionlarda əhalinin məşğulluğuna müsbət təsir göstərən faktorlardandır. 

Məlum olduğu kimi, regionlarda əhalinin başlıca məşğulluq sahəsi kənd təsərrüfatıdır. Bu sahəyə verilən dəstək  əhalinin məşğulluğunda əsas rol oynadı. Xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı qəbul edilən qərarlar, dövlətin kəndliyə  dəstəyi həm məhsul istehsalının artmasına, həm də əhalinin məşğulluğuna müsbət təsir göstərdi.

Pambıqçılığın, tütünçülüyün, baramaçılığın, çayçılığın, arıçılığın, fındıqçılığın və s. sahələrin dirçəldilməsi, dövlət tərəfindən bu növ məhsulların istehsal edilməsinə görə subsidiyaların ödənilməsi, həmçinin ixracın təşviqi minlərlə yeni iş yerlərinin açılmasına şərait yaratdı.

Bəllidir ki, dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi durğunluq hökm sürür. Bir çox inkişaf etmiş ölkələrdə belə, çoxsaylı istehsal və xidmət sahələrinin fəaliyyətinin dayandırılması işsizliyin yüksəlməsinə səbəb olur. İndi dünyanın bütün dövlətləri əhalinin rifahına mənfi təsir göstərən bu problemin həlli üçün mübarizə aparır. Ölkəmizə də koronavirus pandemiyası müəyyən qədər mənfi təsir göstərdi. Ancaq qeyd etdiyimiz kimi, vaxtında aparılan sosial siyasət sayəsində bu sahədə ciddi problemlərin yaranmasının qarşısı alındı. Dövlət vaxtında özəl sektora maliyyə yardımı göstərib ki, işçilər ixtisara salınmasınlar. Bir sözlə,  özəl sektorda çalışanların əməkhaqqı büdcə vəsaiti hesabına ödənildi. Belə olan halda ölkəmizdə kütləvi şəkildə iş yerlərinin bağlanması prosesi baş vermədi.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 3,6 faiz artaraq iyulun 1-i vəziyyətinə 161053 olmuşdur. Ticarət, nəqliyyat vasitələrinin təmiri, müxtəlif sahələrdə xidmətlərin göstərilməsi, tikinti, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, peşə, elm və texniki fəaliyyət sahələri üzrə statistik vahidlərin çəkisi daha yüksəkdir. Hesabat dövründə ölkəmizdə xarici investisiyalı yeni müəssisələrin açılması prosesi davam etmişdir. Bu da  münbit investisiya mühitinin və dinamik iqtisadi inkişafın olması ilə bağlıdır. Həmin dövrdə reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisə ən çox Türkiyə, İran, Rusiya, Böyük Britaniya, ABŞ və Almaniya sahibkarları tərəfindən yaradılmışdır. Sözsüz ki, açılan hər təzə müəssisə həm də yeni iş yerləri deməkdir.  Hər bir ölkənin iqtisadi inkişafında kiçik və orta sahibkarlıq subyektləri önəmli rol oynayır. Ölkəmizdə də bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Cari il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 4,8 faizini kiçik sahibkarlıq subyektləri təşkil etmişdir. Həmin dövrdə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 1,8 faizi orta sahibkarlıqla məşğul olan iş adamlarına məxsus olub. Bu cür sahibkarlıq subyektləri əsasən ticarət, emal sənayesi, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində fəaliyyət göstərirlər.

Ölkədə  muzdla çalışan işçilərin sayı iyulun 1-i vəziyyətinə görə 1677,6 min nəfər olmuşdur. Onların 911,6 min nəfəri dövlət, 766 min nəfəri isə qeyri-dövlət  sektorlarında çalışırlar.    

Aparılan sosial siyasətin başlıca məqsədi əhalinin rifahını yaxşılaşdırmaq üçün yeni iş yerlərinin açılması ilə bağlıdır. Bu məqsədlə həm iqtisadi, həm də sosial islahatlar aparılır. Görülən işlər sayəsində əhalinin məşğulluğu ildən-ilə artır.  Belə hal həm də əhalinin gəlirlərinin artmasına müsbət təsir göstərir. Statistik məlumatlara görə, cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri ümumilikdə  27 milyard 580,7 milyon manat təşkil etmiş və əvvəlki illə müqayisədə 0,4 faiz artmışdır.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM