06 Sentyabr 2021 19:37
816
İQTİSADİYYAT
A- A+

SOCAR yeni istiqrazları barədə açıqlama yayıb  

Dövlət Neft Şirkəti (SOCAR) uzun müddətdən bəri investorların ünvanladığı çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, daxili bazar üçün yeni istiqrazlar buraxacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın törəmə şirkəti - “SOCAR Capital” MMC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Azərbaycan vətəndaşlarına növbəti dəfə gəlirli və etibarlı investisiya imkanı təqdim edən SOCAR 2016-cı ildə buraxdığı istiqrazlarla ölkəmizin qiymətli kağızlar bazarında ciddi uğura imza atıb, təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub-saxlayıb.

100 milyon dollarlıq ilk istiqrazlara tələbat iki dəfədən artıq olub. Hazırda təkrar bazar əməliyyatlarının məbləği rekord göstərici olan 201 milyon dolları aşıb. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə edəcəklər.

SOCAR İstiqrazlarına abunə yazılışı ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunan sentyabrında 20-də başlayacaq və oktyabrın 29-na qədər davam edəcək. İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, ölkə ərazisində daimi və yaxud müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər. Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcək. Xarici fiziki və hüquqi şəxslər isə istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.

Yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi məbləği 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4,5 faizdir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək.

Qiymətli kağızları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq.

Ətraflı məlumat üçün *1999 və “www.socarcapital.az”, “www.socaristiqraz.az”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video