06:49 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

SOCAR-da Vizualizasiya Mərkəzinin açılışı olub

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 10.04.2021

 

Aprelin 9-da SOCAR Tower-də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, irihəcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzinin açılışı keçirilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və şuranın üzvləri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin digər təmsilçiləri iştirak ediblər. Qonaqlar öncə SOCAR Tower-də yerləşən neft sərgisi ilə tanış olub, daha sonra isə Vizualizasiya Mərkəzini ziyarət ediblər.

Artıq 10 ildən çoxdur ki, SOCAR-da biznes proseslərin avtomatlaşdırılması ilə bərabər korporativ rəqəmsal idarəetmə platformasının yaradılması uğurla davam etdirilir. Bu proses hazırda şirkətin bütün əsas fəaliyyət sahələrini əhatə edir. Şirkətin Neft Mədən Korporativ Verilənlər Bazasında ötən 175 il ərzində Azərbaycanda qazılmış, hazırda istismarda olan və istismardan çıxarılmış 44 min quyunun 50 faizə qədəri artıq rəqəmsallaşdırılıb. Mütəxəssislər bu bazadan istifadə edərək interpretasiya proqram təminatı vasitəsilə yataqların modelini qura bilirlər. Qazma prosesinə real vaxt rejimində nəzarət etməklə istənilən quyunun dərinliyi, baltaya düşən yük, təzyiq, vurulan məhlulun həcmi və digər qazma parametrlərini əldə etmək mümkündür. Neft-qaz hasilatı, emal və qazın nəqli kimi digər sahələrdə də rəqəmsal sistemlər tətbiq olunur. Əməliyyatların rəqəmsal modellər vasitəsi ilə idarə olunması, müxtəlif cihazlara real vaxt rejimində və vahid nöqtədən nəzarət etmək imkanları şirkətin əməliyyat effektivliyini gücləndirir. Dəniz özüllərində və digər istehsal sahələrində quraşdırılmış videomüşahidə vasitələri vəziyyətin mütəmadi olaraq vizual nəzarətdə saxlanılmasına imkan yaradır, baş verə biləcək fövqəladə halların daha effektli idarə olunması təmin edilir.

Müxtəlif fəaliyyət sahələrini idarə edən rəqəmsal sistemlər yeni yaradılmış Vizualizasiya Mərkəzində inteqrasiya olunub. Bu isə məlumatların vahid mənbədən əldə edilərək təkrarlanmaması və təhrif olunmaması, qərarların operativ şəkildə verilməsi üçün əlverişli zəmin yaradır.

SOCAR-ın Müşahidə Şurasının sədri M.Cabbarov Vizualizasiya Mərkəzi ilə bağlı deyib: “Bu gün açılışında iştirak etdiyimiz mərkəzin fəaliyyətə başlaması ilə bağlı SOCAR-ın rəhbərliyinə və kollektivinə öz təbriklərimi çatdırıram. Yeni rəqəmsal məlumat bazaları həm şirkətdə gündəlik idarəetmənin optimallaşdırılması, həm də mümkün fövqəladə vəziyyətlərə qarşı reaksiyanı təmin etmək üçün yeni imkanlar yaradır. SOCAR-ın əməkdaşlarına bu fəaliyyətlərdə uğurlar arzu edirəm”.

Tədbirdə qeyd olunub ki, yaxın aylarda Böhran Vəziyyətləri və Fövqəladə Halların İdarə edilməsi üzrə SOCAR-ın Korporativ Planı əsasında Vizualizasiya Mərkəzində intensiv təlim-məşqlərin keçirilməsi nəzərdə tutulur. Bu plan fövqəladə hallar zamanı ölkədaxili və xarici əməliyyatların idarə edilməsini, strateji cavab tədbirlərinin təşkilini, müşahidə və nəzarət altında saxlanılmasını, eləcə də digər idarəetmə həllərini özündə birləşdirir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev açılış tədbirində çıxış edərək deyib: “Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” prinsipinə əsaslanan SOCAR-ın SƏTƏMM siyasəti eyni zamanda baş verə biləcək hər hansı böhran vəziyyətinə və fövqəladə hallara da daima hazırlıqlı olmağı nəzərdə tutur. Bunun üçün bir çox layihələr işlənilir və əməkdaşlıq razılaşmaları əsasında tərəfdaşlarla təcrübə mübadilələri aparılır. Şirkətimizdə Sənaye 4.0 tələblərinə uyğun olaraq, əməliyyat effektivliyinin artırılması, fövqəladə halların baş verməməsi diləkləri ilə mərkəzin fəaliyyətinə uğurlar arzulayıram”.

Qeyd edək ki, Vizualizasiya Mərkəzinin yaradılması dünya neft-qaz sənayesindəki aparıcı şirkətlərin təcrübəsinə əsasən həyata keçirilib, mərkəz qabaqcıl texnoloji avadanlıqla təchiz edilib. Norveçin “Equinor” şirkəti ilə əməkdaşlıq sazişi çərçivəsində növbəti aylarda SOCAR-ın korporativ SƏTƏMM sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədilə müasir tələblərə cavab verən təlim-məşqlərin təşkil olunması nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM