07:26 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Smart teleskop

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:34 19.06.2021

 

Kainatın daim maraq doğuracaq suallar yaratması tarixboyu qalaktikanın müxtəlif metodlarla araşdırılmasına səbəb olub. Səmanı aydın görmək üçün kəşf olunan teleskopun tarixi XVII əsrə gedib çıxır.

Bu teleskop hər iki ucunda böyüdücü linzalar olan uzun borudan ibarət idi. Bu ixtiradan sonra daha təkmilləşdirilmiş formaları hazırlanan teleskoplar nəticəsində sərgilər, səmaya, ulduz və planetlərə baxmaq üçün mərkəzlər yaradıldı.

Texnoloji inkişaf bu gün kiçik ölçülü teleskoplar vasitəsilə səmanı daha yaxın edir. İtaliyanın “Vaonis” şirkəti mövcud teleskoplar siyahısına 2022-ci ildə satışa çıxaracağı “Vespera” adlı smart teleskopu da daxil edib. Şirkətin bundan öncə 2018-ci ildə istehsal etdiyi “Stellina” adlı teleskop da var. Lakin “Vespera” bu teleskopdan bir çox yeniliklərlə fərqlənir. Teleskopla səmaya müşahidə zamanı görüntülər göz linzası ilə deyil, smartfonlara və ya planşetlərə köçürülərək əldə edilir. 4 saatlıq enerji müddəti və kiçik ölçülü olması teleskopun daşınmasını asanlaşdırır. Teleskopa sahib olanlar qalaktikanın görüntülərini şəkil və ya video halında saxlaya, bunları digər şəxslərlə bölüşə bilərlər.

Bu ixtiralar nəticəsində nəhəng kainatın möcüzələrinə bir teleskopla çatmaq artıq hamı üçün əlçatandır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM