18 Fevral 2017 01:02
4017
Nazirlər Kabineti
A- A+

Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:  

1. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kvt.saat müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən limit üzrə elektrik enerjisi haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən əhali üzrə aylıq istehlak həcminin 300 kvt. saata qədər (300 kvt. saat daxil) olan hissəsi üçün müəyyən edilmiş pərakəndə satış tarifi ilə ödənilir.

3. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan  sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin adlı siyahıları aşağıdakı qaydada tərtib olunur:

3.1. faktiki istehlakçıların adlı siyahıları şəxsiyyəti təsdiq edən sənəd əsasında onların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, həmin şəhər və rayonların kommunal xidmət təşkilatları (elektrik enerjisi, qaz, su təchizatı idarələri),  Azərbaycan Respublikası  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) rayon (şəhər) üzrə nümayəndələri tərəfindən istifadə olunan xidmətlərin növləri göstərilməklə, ərazisi işğal olunmuş hər bir rayon üzrə ayrı-ayrılıqda bu qərara əlavə olunmuş 1 və 2 nömrəli  formalara  uyğun olaraq;

3.2. faktiki istehlakçıların müvəqqəti məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları tərəfindən istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısı, artma və azalmadan asılı olaraq hər ay dəqiqləşdirilmiş hesabat hazırlanıb təsdiq edilir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir;

3.3. təqdim olunmuş siyahılar Komitə tərəfindən dürüstləşdirildikdən sonra həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növünə uyğun müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanaraq ödənişin aparılması üçün hər növbəti ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

4. Faktiki istehlakçıların adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin  siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən istehlakçıların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar.

5. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki:

5.1. aidiyyəti rayon  (şəhər) icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ilə birlikdə hər ay bu qərarın 3-cü hissəsində göstərilən şəxslər tərəfindən faktiki istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması üzrə üzləşdirmə aktı tərtib etsin və həmin kommunal xidmətlərinə görə haqların faktiki göstəricilər nəzərə alınmaqla, müəyyən edilmiş limitlər daxilində mərkəzləşmiş qaydada aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilməsini təmin etsin.

5.2. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri 

 

Bakı şəhəri, 17 fevral 2017-ci il

 ƏLAVƏ

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video