01 Aprel 2014 07:04
343
Səhiyyə
A- A+

Şirvan şəhərində əhalinin tibbi müayinəsi davam edir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şirvan şəhərində əhalinin xeyli hissəsi tibbi müayinədən keçirilmişdir.

AzərTAc xəbər verir ki, humanitar aksiyanı uğurla başa çatdırmaq məqsədi ilə şəhərdə geniş tədbirlər həyata keçirilmiş, xəstəxanalarda əhalinin hərtərəfli müayinəsi üçün lazımi şərait yaradılmışdır. Müayinələrə yüksək ixtisaslı həkimlər cəlb olunmuşdur və lazım gəldikdə sakinlərə ambulator və stasionar müalicələr təyin edilir.
Rayon icra hakimiyyəti başçısının müavini Elmira Ağayeva AzərTAc-a bildirmişdir ki, aksiya başlanandan bu günədək 8503 şəhər sakini tibbi müayinədən keçmişdir. Onlardan 626 nəfərində müxtəlif xəstəlik aşkar olunmuşdur. Hazırda xəstələr ambulator və stasionar şəraitə müalicə alırlar. Müalicəsi yerli şəraitdə mümkün olmayan 19 şəhər sakini Bakı şəhərinə göndərilmişdir.
Şirvan Müalicə Diaqnostika Mərkəzinin baş həkiminin müavini Kamil Əhmədov demişdir ki, bütün tibb personalı gücləndirilmiş iş rejimində çalışır. Peşəkar həkimlərdən ibarət səyyar briqada xəstəxanaya gələ bilməyənlərin müayinəsini evlərdə aparır.
Müayinədən keçən şəhər sakinləri Prezident İlham Əliyevin bu nəcib təşəbbüsünü alqışlayır, onlara göstərilən bu diqqət və qayğıya görə minnətdarlıq edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video