09:44 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şirin və faydalı

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:22 18.04.2021

 

Ramazan ayında adətən orucu xurma ilə açmağı məsləhət görürlər. Türkiyəli həkim Ayça Kaya bildirib ki, xurmanın əsas 6 faydası var və buna görə də mütləq bu meyvəni qida rasionuna daxil etmək lazımdır:

1. Xurmanın tərkibində çoxlu miqdarda lif var. Liflə zəngin qidalar mədədə şişərək toxluq yaradır.

  2. Bu meyvənin ehtiva etdiyi liflər bağırsaqların işini asanlaşdırır və qəbizliyin qarşısını alır.

3. İmsakda 2 ədəd xurma yemək insanı tox saxlayır. Xurma ilə qatığı birlikdə yemək qanda şəkəri tənzimləyir və baş ağrısı, yorğunluq kimi halları aradan qaldırır.

 4. Xurmanı sadəcə Ramazanda deyil, mütəmadi olaraq həftənin 3-4 günü yemək lazımdır. Çünki xurma qəlyanaltı üçün ən ideal qidadır. Qəlyanaltı zamanı qatıqla birlikdə yeyilən 5-6 ədəd xurma axşam daha az yeməyinizə səbəb olacaq.

 6. Bu şirin meyvə A və B qrupu vitaminləri ilə zəngindir. Buna görə də əsəb sistemini sakitləşdirir, həmçinin görmə qabiliyyətini artırır.

 Həkim qeyd edir ki, bir ədəd xurma 20 kalori ehtiva edir. Ona görə də hər dəfə 3 ədəddən çox yemək məsləhət deyil.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM