12 Sentyabr 2021 00:27
2731
Oxucu məktubları
A- A+

Siqaret - ÖLÜM kabusu

 

Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da iri və xırda ticarət mərkəzləri qida və gündəlik zəruri məhsullarla yanaşı, insanları xəstəliklərə düçar edən zəhərli siqaret satışını da həyata keçirirlər. Dünya səhiyyə təşkilatları və institutlarının həyəcan təbili çalmalarına və siqaret istehsalına qoyulan müxtəlif qadağalara rəğmən bəlalı nikotin dumanı insanların başı üzərindən hələ də çəkilmir. 

Siqaretə vərdişdə kişilər çoxluq təşkil etsələr də, son zamanlar bu zərərli məhsula aludəçilik halları qadınlar arasında da yayılıb. Qadın həmişə müqəddəs varlıq olaraq baş tacı sayılıb. Hər bir xanım  həm də anadır, onun siqaretə meyilliliyi bir çox xəstəliklə yanaşı, əqli və fizioloji cəhətdən qüsurlu uşaqların dünyaya gəlməsinə də səbəb ola bilər. Siqaretə aludə olan qadınlar gələcəkdə hansı faciələrlə üzləşəcəklərini vaxtındə dərk etsələr, bu ÖLÜM kabusundan tezliklə xilas olarlar.

Əlbəttə, burada  ictimai qınağın olması da  vacibdir. KİV bu istiqamətdə xüsusi maarifləndirici rol oynamalıdır.  Məsələ burasındadır  ki, siqaret təkcə qadınlarda yox, kişilərdə də sağalmaz xəstəliklər yaradır. Ümumilikdə siqaret vərəm, ürək-damar, immun çatışmazlığı, cinsi zəiflik və xərçəng kimi sağalmaz  xəstəliklərin yaranmasına səbəb olur.  Əgər bunun qarşısı alınmazsa, həmin xəstəliklərə yoluxanların sayı artmaqda davam edəcək. Bununla  bağlı  ciddi və təxirəsalınmaz tədbirlər görülməlidir. Söhbət millətin sağlam gələcəyindən gedirsə, hamı həmrəylik nümayiş etdirməlidir. Ən azından mağaza, köşk və küçələrdə uşaq və yeniyetmələrə siqaretin satışına qadağa qoyulmalı, kassa və piştaxtalarda  maarifləndirici çağırışlar daha geniş formada təbliğ edilməlidir. Bütün tütün məhsullarının mağazalarda gözdən uzaq yerlərdə yerləşdirilməsi daha məqsədəuyğun olardı.  Bunun üçün möhkəm iradə və vətəndaş mövqeyi nümayiş etdirməyimiz kifayətdir. Vətəndaşlarımızın  boz duman  udmasına  qəti  yol vermək olmaz, çünki  gələcək nəslin sağlam inkişafına hamımız cavabdehik.

 

Hüseyn KƏRİM,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video