16:47 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Şimal axını-2”: ABŞ və AFR ortaq fikrə gəliblər
 
ANA SƏHİFƏ / DÜNYA
16:50 22.07.2021

Rusiyanın “Şimal axını-2” qaz kəməri ilə əlaqədar ABŞ və AFR arasında mövcud fikir ayrılıqları aradan qaldırılıb.

AZƏRTAC xəbər verir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya görə, Vaşinqton “Nord Stream-2 AG” şirkətinə və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyəcək. Berlin isə öz növbəsində Ukraynada energetikanın inkişafına kömək etməyi öhdəyə götürüb. Nəhayət, hər iki tərəf qazın Ukrayna ərazisindən keçməklə daşınmasına təminat vermək məqsədilə “Qazprom” ilə Ukrayna arasında kompromis əldə edilməsi prosesi üzərində işləyəcək.

Xatırladaq ki, “Nord Stream-2 AG” şirkəti “Şimal axını-2” kəmərinin sahibidir. Ukrayna isə ərazisindən Rusiya qazının nəql edilməsi marşrutu keçən digər Şərqi Avropa ölkələri ilə birlikdə hələ də “Şimal axını-2” layihəsini bağlamağa çağırır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM