22:04 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sidneydən Londona 4 günə

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:41 25.09.2021

 

Günümüzdəki təyyarələrin tarixi 1950-ci illərdən başlayır. Bu zaman istehsal edilən hava nəqliyyatı ilə daha çox sərnişin səyahət edə bilirdi. “Douglas DC-6” modelli təyyarə əvvəlcə hərbi məqsədlər üçün istifadə olunsa da, sonradan uzun məsafəli səyahətləri həyata keçirib.

580 km/saat sürətlə uçuşu onu sürətli təyyarələr siyahısına əlavə etmişdi. Amma təyyarə böyük olmasına baxmayaraq, cəmi 48 sərnişin oturacağından ibarət idi. Bunun əsas səbəbi oturacaqlararası məsafənin geniş olması idi. Üstəlik həmin təyyarə ilə səyahətin qiyməti olduqca baha idi.

Bunlardan əlavə, müasir təyyarələrdən fərqli olaraq ilk mülki təyyarələrdə yanacaq bazası aztutumlu olduğu üçün bir neçə dəfə eniş edib yanacaq doldurma zərurəti yaranırdı. Məsələn, bu gün Sidneydən Londana hava səyahəti 1 tranzitlə 22 saatlıq uçuş  edə bilir. Lakin həmin zaman bu marşrutla təyyarələr 6 dəfə eniş edərək ünvana 4 günə çatırdı.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM