10:53 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Si CİNPİN: “İlham Əliyev “Bir kəmər, bir yol” layihəsinin ilk tərəfdaşı və fəal iştirakçılarındandır”
ANA SƏHİFƏ / SİYASƏT
01:54 28.04.2019


Günümüzün reallığı ondan ibarətdir ki, Azərbaycan Qafqazda fəal xarici siyasət yeridən, çevik diplomatik addımlar atan, Ermənistan istisna olmaqla, qonşuları ilə müxtəlif platformalarda intensiv iqtisadi əlaqələr quran, münasibətlərin genişlənməsinə səy göstərən və bu zaman neytrallığını qorumağı bacaran yeganə ölkədir. Bu baxımdan Prezident İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu səfəri xüsusi əhəmiyyət kəsb edir.

İlham Əliyevlə görüşərkən Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında münasibətlərin inkişafına, "Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirdiyinə görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirmiş və bu fəaliyyəti yüksək qiymətləndirdiyini qeyd etmişdir. Azərbaycanın Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biri olduğunu bəyan edən Si Cinpin belə demişdir: "Siz həm də "Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir”.

Görüşdən belə nəticə çıxarmaq mümkündür ki, ÇXR "Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa, ikitərəfli münasibətlərin birlikdə sağlam məcrada inkişafına hazırdır. Azərbaycan tərəfinin də mövqeyi əməkdaşlığa və ikitərəfli əlaqələrin inkişafına söykənir və Azərbaycan Prezidenti bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarının müəyyən edilməsinin tərəfdarıdır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə iki ölkə arasında infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməsi də bunun göstəricisidir.

Prezident İlham Əliyev görüşdə həmçinin ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirmişdir. Cənab İlham Əliyev Çinin dövlət başçısının təşəbbüskarı olduğu "Bir kəmər, bir yol” layihəsinə Azərbaycanın da mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd edərək bildirmişdir ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir. Söhbət zamanı ümumiyyətlə Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlər də müzakirə mövzusu olmuşdur.

Etiraf etmək lazımdır ki, Azərbaycanla Çinin qarşılıqlı əlaqələrinin bütün sahələrdə inkişafına təkan verə biləcək amillər kifayət qədərdir. Bu iki ölkə arasındakı bənzərliklərin və fərqlərin spektri kifayət qədər genişdir. Biz dünyaya açıq olduğumuz qədər çinlilər qapalıdır. Bunu təsəvvür etmək üçün 400 il ərzində tikilmiş Çin səddini xatırlamaq kifayətdir. Çinlilər həmçinin min ilə yaxın baramanın sirrini qoruya bilmiş və bu sirri kənara çıxarmağa cəhd edənləri edam etmişlər.

Amma nə qədər qəribə görünsə də, çinli də azərbaycanlı qədər ailəcanlıdır. Onlarda da dünyasını dəyişən valideynlər ehtiramla yad edilir, yaşayanlara hörmət qoyulur. Çinli üçün çörək qazanmaq, ailənin güzəranını təmin etmək geyinib-kecinməkdən daha vacibdir.

Məlum olduğu kimi, bizdə müstəqilliyin bərpasından sonra torpaq islahatları aparılıb, kəndlilərə təmənnasız pay torpaqları verilib. Çində isə bizdən xeyli əvvəl 300 milyon kasıb çinliyə 46 milyon hektar münbit torpaq, əkib-becərmək üçün qoşqu heyvanları, texnika bəxş edilib. Bununla Çində 2 min ildən artıq ömür sürən və kəndlini əbədi yoxsulluğa sürükləyən feodal-torpaq mülkiyyətinə son qoyulub.

Bizdə bütün ölkə boyu kəndlərdə müasir infrastruktur yaradılır - rahat yollar çəkilir, işıq, qaz, su problemləri həll olunur. Çində də hökumətin çəkdiyi rahat yollar kəndliyə istehsal etdiyi məhsulu meqapolislərə nisbətən az itkilərlə və tez daşımağa imkan verir. Bizdə əhalinin, demək olar ki, yarısı kənd yerlərində yaşayır, aqrar sektor islahatların mərkəzindədir. Bu gün Çində də aqrar sektorun inkişafı prioritet sayılır, kənd təsərrüfatında 300 milyondan artıq insan çalışır. Bu göstərici İngiltərə, Almaniya, Fransa, İtaliya, Meksika, Yaponiya və Rusiyanın kənd təsərrüfatında çalışanların ümumi sayından 6 dəfə çoxdur. Yəni iki ölkə arasında elə bir sahə tapmaq mümkün deyil ki, onların müqayisəsi qarşılıqlı əlaqələrin inkişafında fayda verməsin.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM