12 Sentyabr 2021 19:09
710
CƏMİYYƏT
A- A+

Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi ilə görüşüb  

İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində işə başlayan “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinosla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə QMİ sədri Migel Anhel Moratinosa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Şeyxülislam qeyd edib ki, Migel Anhel Moratinos Azərbaycanda həm dövlət, həm də xalq tərəfindən böyük hörmətə sahibdir.

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə müsəlman və xristian məbədlərinin təmir və bərpasını həyata keçirdiyini deyən QMİ sədri həmin ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması işlərinin isə uğurla davam etdiyini bildirib.

Migel Anhel Moratinos öz növbəsində şeyxülislam Allahşükür Paşazadədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarını və dərin ehtiramını çatdırmağı xahiş edib.

Cari ilin iyun ayında Azərbaycana səfərini xatırladan BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi işğaldan azad olunmuş ərazilərə ziyarətini və orada gördüklərindən çox təsirləndiyini vurğulayıb.

O, Azərbaycanın həmin ərazilərdə həyata keçirdiyi təmir-bərpa işlərinin tez bir zamanda uğurla başa çatdıracağına ümidvar olduğunu deyib.

Şeyxülislam Migel Anhel Moratinosla həm 44 günlük Vətən müharibəsindən əvvəl, həm müharibə zamanı, həm də Azərbaycanın Qələbəsi ilə yekunlaşan müharibədən sonra dəfələrlə onlayn görüşlər keçirdiyini xatırladıb. Bildirib ki, bu görüşlərdə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi vəziyyətdən narahatlığını və sülhə nail olmaq üçün əlindən gələni etməyə hazır olduğunu qeyd edib. QMİ sədri bunun üçün Migel Anhel Moratinosa öz təşəkkürünü bildirib.

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi isə bölgədə sülhün bərqərar olmasına, tərəflər arasında anlaşma ab-havasının yaradılmasına öz töhfəsini verməyə hazır olduğunu deyib. Migel Anhel Moratinos qeyd edib ki, Azərbaycanın və Ermənistanın dini liderlərinin görüşü sülhün bərqərar olunmasına öz töhfəsini verə bilər. BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi bununla bağlı öz dəstəyini göstərməyə hazır olduğunu və səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video