02:26 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sevilib-seçilən «Qönçə»
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:02 19.02.2012

 

Onlar Çiləgir kənd klubunda təzə-təzə fəaliyyətə başlayanda  musiqi sədalarına qulaq asmaq üçün bura toplaşanların ağlına belə gəlməzdi ki, tezliklə həmkəndlilərinin xoş sədası bütün rayona yayılacaq. Buna səbəb ilk növbədə çəkilən zəhmət və ardıcıl məşqlər idi. Odur ki, "Qönçə" az vaxtda istəyinə nail oldu.

Çiləgir kənd klubunda Arzu Məmmədovanın rəhbərliyi ilə yaradılmış qızlardan ibarət "Qönçə" rəqs qrupu indi doğma kəndlərində sevilir, rayonda  pərəstişkarlarının sayını artırır. Rəqs qrupunun üzvləri Sevil Qurbanova, Ulduz Davidova, Güləsər Ağayeva, Zöhrə Sultanova xalq mahnılarımızın sədaları altında durna kimi süzür, öz məharətləri ilə tamaşaçıları valeh edirlər. "Ləzginka" da öz yerində. Çiləgir gözəllərinin ləyaqətini, qürurunu, cəsarətini tərənnüm edən bu rəqs məharətlə yerinə yetirilir. Onların repertuarında digər xalqların rəqsləri də yer alıb. Özbək, qazax, qaraçı və başqa xalqlara məxsus rəqslər tamaşaçıların alqışlarıyla qarşılanır.

Rayonda keçirilən tədbirlər artıq "Qönçə"siz ötüşmür. Bayramlarda əhali qarşısında çıxış edən ansambl Qusara gələn turistlərin də marağına səbəb olub. Şəhərin general M.Əbilov adına meydanında  təşkil olunan konsertdə, rayonun müxtəlif turist ocaqlarındakı çıxışları tamaşaçılara unudulmaz anlar bəxş etmişdir. Kollektiv regionda keçirilən xalq yaradıcılığı müsabiqələrində iştirak etmiş, geniş tamaşaçı rəğbətini qazanmışdır. Elə buna görədir ki, "Qönçə" getdikcə məşhurlaşır, Qusarın hüdudlarından kənara ayaq açır, digər rayonların tədbirlərinə dəvət alır və müxtəlif mövzuda keçirilən yaradıcılıq müsabiqələrində məharətlə iştirak edir.

 

Cavid TAHİROV,

Qusar rayonu



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM