14:13 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şevçenko məğlubiyyətin səbəbini açıqladı

ANA SƏHİFƏ / İDMAN
01:39 23.06.2021

 

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko “Avro-2020”nin son qrup matçında Avstriyaya məğlubiyyəti (0:1) şərh edib.

Matçdan sonra verdiyi açıqlamada Şevşenko komandasının fiziki baxımdan çatdırmağını etiraf edib: “Topa gecikəndə, çatdırmayanda gec ya tez səhv edirsən. Biz səhv etdik. Meydanın mərkəzində sadə vəziyyətdə topu itirirdik. Künc zərbələrində yaxşı oynamadıq. Qol buraxdıq. Bundan sonra oyuna qayıtmaq şansımız olmadı. Uşaqlar əllərindən gələni etdilər. Mən meydanda gücü qalmayan bir komanda gördüm. Ona görə də oyunu gücləndirmək üçün hansısa addım atmaq mümkünsüz idi. Hazırkı fiziki formamızın bizə imkan verdiyi səviyyədə oynaya bildik”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM