20:35 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Sətti” özüqalxan qazma qurğusu dənizə yola salınıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:47 09.08.2021

 

Avqustun 9-da “Kaspian Drilinq Kompani Limited” şirkətinin (CDC) müasir dəniz və logistika bazasında Qazaxıstanın “Sətti” özüqalxan qazma qurğusunun Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərini həyata keçirmək üçün dənizə yola salınması ilə əlaqədar təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, cari ilin iyun ayında “CDC” şirkətinin idarəetməsi altında “Sətti” qurğusunun modifikasiyası başa çatıb. Sözügedən modifikasiya nəticəsində qurğunun texniki göstəricilərinin daha da yaxşılaşdırılması onun rəqabətlilik səviyyəsini artırıb. Modifikasiya işlərinin yekunlaşdırılması ilə əlaqədar tədbir Qazaxıstan tərəfdən “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev, “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Alik Aidarbayev və Azərbaycan tərəfdən SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Kaspian Drilinq Kompani Limited” şirkətinin (CDC) baş direktoru Fərid Axundov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counzun iştirakı ilə iyun ayında baş tutub. Bu yaxınlarda “CDC” şirkəti ilə “KMG Drilling & Services” şirkəti arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb ki, həmin müqavilə çərçivəsində qurğu vasitəsilə BP şirkətinin operatoru olduğu “Abşeron Dayazsulu” yatağında iki kəşfiyyat və bir əlavə quyunun qazılması üçün birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, müqaviləyə əsasən bu il 25 illiyini qeyd edən və dünyanın aparıcı qazma şirkətlərindən biri olan “CDC” “Sətti” özüqalxan qazma qurğusunun operatorudur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM