18:53 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şərur rayonunun Danyeri kəndində xəstəxanatipli yeni həkim ambulatoriyası fəaliyyət göstərəcək
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:11 29.11.2012

 

Şərur rayonunun Danyeri kəndində yeni həkim ambulatoriyasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir ki, insanların sağlamlığının qorunması bu gün dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsasını təşkil edir.

Əhalinin sağlamlığının qorunması və onlara vaxtında tibbi xidmətin göstərilməsi üçün lazımi şəraitin, ixtisaslı kadrların və müasir tibbi avadanlığının olması vacibdir. Danyeri kənd həkim ambulatoriyasında da yüksək şərait yaradılmış, lazımi tibbi avadanlıqla təminat həyata keçirilmişdir.  Ambulatoriyada zəruri olan bütün tibbi xidmət sahələri nəzərə alınmışdır. Kollektiv də yaradılan bu şəraitdən səmərəli istifadə etməli, əhaliyə nümunəvi xidmət göstərməlidir.

Ali Məclisin Sədri demişdir ki, bu gün Naxçıvan Dövlət Universitetində, Naxçıvan Tibb Kollecində ixtisaslı tibb kadrları hazırlanır. Bu, imkan verəcəkdir ki, gələcəkdə muxtar respublikanın səhiyyə müəssisələri ali və orta ixtisaslı kadrlarla tam təmin olunsun.

Açılışı bildirən lent kəsildikdən sonra həkim ambulatoriyasına baxış olmuşdur.

İki mərtəbədən ibarət binada 16 otaq, o cümlədən stomatoloji kabinə, palata, doğuş, peyvənd, aptek, manipulyasiya otaqları və laboratoriya yerləşir. Xəstəxanatipli həkim ambulatoriyası lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Ambulatoriyada 9 tibb işçisi sakinlərə xidmət göstərir.

Tibb bacısı Aynurə İbrahimova həkim ambulatoriyasında yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM