15:27 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının ekoloji bərpası istiqamətində işlər aparılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:50 21.09.2021

 

Sentyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ADA universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, fotojurnalist və tədqiqatçı Reza Deqati, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Departamentinin müdiri Aybəniz İsmayılova, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, su üzrə mütəxəssis, “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyin sədri Rövşən Abbasov iştirak edərək təqdimatlar ediblər.

Azərbaycandakı diplomatik korpusun 70-dən çox nümayəndəsinin iştirak etdiyi brifinqdə çıxış edən nazir müavini Vüqar Kərimov Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlərdən bəhs edərək ətraf mühitə vurulan zərərlər barədə iştirakçıları məlumatlandırıb və ərazilərin ekoloji bərpası istiqamətində işlərin aparıldığını bildirib.

Nazir müavini tədbirdə iştirak edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə təmsil etdikləri ölkələrin hökumət və vətəndaş cəmiyyəti institutlarını, Şərqi Zəngəzur və Qarabağın təbiətinin qiymətləndirilməsi və bərpası istiqamətində həyata keçiriləcək layihələrdə yaxından iştirak etməyə dəvət edib.

Brifinqdə beynəlxalq fotojurnalist Reza Deqatinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarına dair fotosərgisi də nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılara hədiyyə olaraq nazirliyin tinglik sahəsində yetişdirilmiş tinglər paylanılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM