15:49 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şərəf və iftixar tariximiz

ANA SƏHİFƏ / SİYASƏT
00:41 26.09.2021

 

Sentyabrın 27-də torpaqlarımızın azadlığı ilə başa çatan Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. Həmin gün Ermənistanın təxribatlarından sonra Azərbaycan Ordusu başlatdığı əks-hücum əməliyyatlarını Zəfərlə başa vurdu. Sentyabrın 27-si həm də Anım Günüdür. Xalqımız hər zaman qəhrəman övladlarını ehtiramla anır, xatirələrini uca tutur.

Milli Məclisin deputatlarının açıqlamaları bu barədədir.

 

Qəhrəman Vətən övladlarına ehtiram və qayğının nümunəsi

 

Siyavuş NOVRUZOV, 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri:

- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın milli birliyi - həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti haqq-ədaləti bərpa etdi, xalqımızın uzun illər ərzində çəkdiyi yurd həsrəti başa çatdı. 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə unudulmaz Zəfər salnaməsi yaradıldı, Qələbə dastanı yazıldı. Bütün dünya Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə ruhunu gördü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə eyni zamanda tarixi ədalətin və milli ləyaqətin bərpası oldu.

Döyüş meydanında qətiyyətlə və əzmlə mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitlərinin cəsarət və fədakarlıq nümunəsi ortaya qoyması xalqımızın qürur mənbəyidir. Biz iftixar edirik ki, onlar Vətən qarşısında borclarını şərəflə və ləyaqətlə yerinə yetirdilər, gələcək nəsillər üçün örnək vətəndaşlıq nümunəsi yaratdılar. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəman Vətən övladlarına sonsuz minnətdarıq.

Bu gün Azərbaycan dövləti və cəmiyyəti şəhid ailələrinə, qazilərimizə xüsusi hörmət, yüksək diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı bu istiqamətdə son bir neçə ay ərzində müvafiq sənədlər imzalayıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” sərəncam imzalaması olduqca mühüm əhəmiyyətə malik təqdirəlayiq haldır.

Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında digər bölgələrdə olduğu kimi, respublikamızın Ermənistanla ən böyük sərhədə malik bölgəsi Naxçıvanın da qəhrəman övladları yüksək rəşadət nümayiş etdiriblər. Sıravi əsgərdən polkovnik rütbəsi daşıyan zabitə qədər Naxçıvan hərbçiləri ordumuzun xilaskarlıq missiyası çərçivəsində cəsarətlə döyüşdülər, bəziləri şəhidlik, bəziləri isə qazilik zirvəsinə yüksəliblər.

Dövlət başçısının bəhs olunan sərəncamı mühüm sosial və mənəvi əhəmiyyətə malik olmaqla, yüksək hörmət, ehtiram və qayğı nümunəsidir. Bütövlükdə, Vətənə şərəflə və ləyaqətlə xidmət edərək böyük qələbənin qazanılmasında mühüm rol oynayan Naxçıvanın qəhrəman övladlarının, şəhidlərimizin ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması milli birliyimizi gücləndirən çox önəmli amillərdəndir.

 

Tarixi Zəfərin yaratdığı reallıqlar dünyanın diqqətindədir

 

Aydın MİRZƏZADƏ, 

Milli Məclisin deputatı:

- 27 sentyabr tarixi həmişə Azərbaycan xalqının tarixində çox  önəmli bir  yer tutacaq. Həmin gün Ali Baş Komandan, ölkə Prezidenti cənab

İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu  bütün cəbhə boyu əks-hücuma keçərək 44 gün ərzində erməni qoşunlarını Azərbaycan ərazisindən qovdu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab  İlham Əliyevin  apardığı siyasət Azərbaycan dövlətini gücləndirdi. Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulacaq vəzifələri yerinə yetirəcək qüvvəyə çevrildi.  Azərbaycan xalqının milli birliyi təmin olundu. Azərbaycanın bütün resursları ərazi bütövlüyümüzün təmin olunmasına istiqamətləndirildi. Aparılan siyasət  Ermənistanın növbəti təxribatının qarşısını alaraq Vətən müharibəsinin başlanmasına,  ərazi bütövlüyümüzün təmin olunmasına  imkan yaratdı. 44 gündə bir gün də olmayıb ki, Azərbaycan Silahlı Qüvvələri tutduqları mövqedən geri çəkilsinlər. Ermənistana layiq olduğu yer göstərildi. Bu işdə milli birliyimiz, milli ideologiyamız əsas rol oynadı. Cənab Prezidentin liderlik qabiliyyəti, onun Azərbaycanın maraqlarını uğurla həyata keçirməsi, hər bir azərbaycanlının etimadını qazanaraq yeni bir tarix yazması bizim üçün çox böyük şərəfdir.

27 sentyabrdan başlanan şərəfli yol qələbəmizlə başa çatdı. Şuşamız, digər torpaqlarımız  işğaldan azad edildi. Müharibədən sonrakı dövrdə Azərbaycan işğaldan azad olunan torpaqlarda infrastruktur layihələri həyata keçirir. Şuşa dirçəldilir. Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə enişi oldu. Ərazilərimizin  minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması, məcburi köçkünlərin geri qayıtması üçün işlərin görülməsi onu söyləməyə əsas verir ki, 30 il düşmən tapdağı altında qalan, amma azad ediləcəyinə hər zaman  əmin olunan bu torpaqlarda  yeni həyat başlayıb. Azərbaycan quruculuq işləri ilə, ilk növbədə, yaradıcı xalq olduğunu göstərir. Ermənistan işğal etdiyi torpaqları əgər dağıdırdısa, su, elektrik  xətlərini, qəbirüstü daşları söküb aparırdısa, Azərbaycan bu ərazilərdə nümunəvi yaşayış məskənləri salır. Dünya Ermənistanla Azərbaycanın, Ermənistan cəmiyyəti ilə Azərbaycan cəmiyyətinin  fərqini görür. Torpaqlarımızın bərpa edilməsi, yaşayış üçün rahat  şəraitin yaradılması  göstərir ki, biz bu torpaqlara əbədi gəlmişik. Azərbaycan qısa zamanda azad olunmuş torpaqlarımızı bərpa edəcək və dünya nümunəvi şəhərlərin, kəndlərin, turizm mərkəzlərinin, universitetlərin,  fermer təsərrüfatlarının yarandığı bir bölgəni görəcək.

Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi üçün həyatını qurban verən  3000-ə qədər şəhidimizi böyük ehtiramla xatırlayır. Onlar bizim  tariximizin qəhrəmanları, hər birimiz üçün nümunədirlər. Onların ailələri,  yaxınları bizə əmanətdir. Dövlətimiz onlara yüksək qayğı göstərir. Qazilərimizin müalicəsi, onların sosial problemlərinin həlli  daim diqqətdədir.

Vətən müharibəsinin nəticələri digər dövlətlərə də kiçik  bir dövlətin öz  gücünə  arxalanaraq suveren hüquqlarını bərpa etməsinin  mümkünlüyünü göstərdi. Azərbaycan bu gün tarixi zəfərinin yaratdığı reallıqlarla  dünyanın diqqətini çəkir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM