06 Fevral 2021 18:57
603
SİYASƏT
A- A+

Serbiya Azərbaycan ilə strateji tərəfdaşlıqdan qürur duyur

 

Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Elnur Quliyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Serbiya XİN-in rəsmi saytında görüş barədə məlumat yerləşdirilib.

Materialda bildirilir ki, görüşdə nazir Selakoviç ikitərəfli əməkdaşlığın ənənəvi dostluq səviyyəsində olduğunu və Serbiya Prezidenti Aleksandr Vuçiçlə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı səmimi münasibətin buna şərait yaratdığını bəyan edib.

Selakoviç Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət baxımından qarşılıqlı anlaşmaya əsaslandığını və bu səbəbdən həmin tərəfdaşlığa görə qürur duymasını vurğulayıb.

Serbiyanın BMT-yə üzv olan bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan nazir qeyd edib ki, onun ölkəsi münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır.

Selakoviç bəyan edib ki, Serbiya Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin Qarabağda atəşkəs barədə 10 noyabr tarixli birgə Bəyanatını dəstəkləyir.

Serbiya diplomatiyasının başçısı yüksək səviyyədə siyasi dialoqun fəallaşdırılması barədə də söhbət açıb.

Selakoviçin fikrincə, iqtisadi əməkdaşlığın indiki səviyyəsi mövcud potensiala uyğun deyil. Onun qənaətincə, xüsusilə kənd təsərrüfatı, mədənçıxarma sənayesi, energetika və turizm sahələrində münasibətlərin dərinləşməsi üçün imkanlar mövcuddur. Nazir azərbaycanlı sahibkarları Serbiya iqtisadiyyatına sərmayə yatırmağa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video