Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,4 faiz artmışdır
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-avqust aylarında 32,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 18,4 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsullarının 62,5 faizi mədənçıxarma, 31,6 faizi emal, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 1,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 14,6 faiz artmışdır.
Emal sektorunda maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 74,3 faiz, tikinti materiallarının istehsalı 64,3 faiz, əczaçılıq məhsullarının istehsalı 62,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,1 faiz, tütün məmulatlarının istehsalı 55,1 faiz, elektrik avadanlıqlarının istehsalı 53,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 52,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 44,9 faiz, kağız və karton istehsalı 28,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,3 faiz, hazır metal məmulatlarının istehsalı 10,3 faiz, neft məhsullarının istehsalı 8,7 faiz, qida məhsullarının istehsalı 6,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,8 faiz, içki istehsalı 2,9 faiz, maşın və avadanlıqların istehsalı 1,8 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 4,9 faiz, mebel istehsalı 5,8 faiz, geyim istehsalı 9,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,5 faiz, poliqrafiya məhsullarının istehsalı 40,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 69,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,0 faiz artmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
29 Mart
Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq
29 Mart
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
29 Mart
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
29 Mart
Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
29 Mart
Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aks...
29 Mart
Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir...
29 Mart
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb
29 Mart
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
29 Mart
Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!