22:38 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Sən də bir həyat ver» devizi altında könüllü qanvermə aksiyası keçirilmişdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:06 15.06.2012

 

Naxçıvan MR Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  Naxçıvan MR Doğum Mərkəzində qanvermə aksiyası keçirilmişdir. 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş bu tədbirdə Doğum Mərkəzinin həkim anestezioloqu İlhamə Nəsirova ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışmışdır.

Qeyd olunmuşdur ki, xeyriyyə aksiyasının keçirilməsində əsas məqsəd doğuşa qədər və doğuşdan sonrakı mərhələdə qana ehtiyacı olan qadınlara tibbi yardımın keyfiyyətinin artırılması, diaqnostika və müalicənin təkmilləşdirilməsi, qanaxmaların profilaktikası və  müalicənin təşkil edilməsi və digər tədbirlərin görülməsindən ibarətdir. Muxtar respublikada da bu istiqamətdə tədbirlər ardıcıl olaraq həyata keçirilir.

Sonra "Sən də bir həyat ver" devizi altında qanvermə aksiyası keçirilmişdir. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilmişdir. Bir neçə saat davam edən  aksiyada Doğum Mərkəzinin həkim və tibb bacıları, texniki heyət könüllü olaraq qan vermişlər. Donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək mərkəzin qan bankına təhvil verilmişdir. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılmışdır. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM