16 Mart 2021 01:24
806
Mədəniyyət
A- A+

Səməni

 

Səməni Novruz bayramının əsas atributlarından biridir. Adətən, bayram ərəfəsində bütün evlərdə göyərdilən bərəkət nişanəsidir. Yazın gəlməsi, torpağın oyanması, təbiətin canlanması yaşıllıq rəmzi sayılan səməni Novruz süfrəsində ən görkəmli yeri tutur. Qohum-qonşular bir-birlərinə səməni yollayır, onun şərəfinə alqışlar söylənilir, qədim mahnılar oxunur.

Əkinin, məhsul bolluğunun rəmzi olan səməni qoymaq çox-çox qədimlərdən adət olub. Ona görə ki, səməni taxıldır, çörəkdir, xeyir-bərəkətdir. Bərəkət isə həyatın, dolanışığın rəhnidir. İnsanların yaşaması üçün vacib olan maddi bolluğun ən mühüm şərtidir.

Yunan filosofu, yazıçı və tarixçi Plutarx göstərmişdir ki, qədim Azərbaycanda (Midiyada) taxılı müqəddəs bitki saymaq adəti geniş yayılmışdır. Bu adət hər dəfə ilin başlanğıcında (yazda) icra edilərdi. Çox yaxşı haldır ki, bu adət bizim günlərə qədər gəlib çıxmışdır. Səməninin varlığı, həyatverici gücü, mənası torpağa tapınmaqdır. Səməni göyərtməklə ümidini, arzusunu, ruzusunu göyərtmiş olur əkinçi babalarımız.

 

Səməni, ay səməni,

Göyərdərəm mən səni.

Başım, dişim ağrımasın

Ağrılarım yarımasın,

Düşmənlərim qarımasın.

Cancığazım üzülməsin,

Gözlərimə süzülməsin.

Səməni, can səməni,

Gözlərimə işıq ver,

İşıq ver, yaraşıq ver.

Dizimə taqət gəlsin,

Qoluma qüvvət gəlsin.

 

Səməni, ay səməni,

Sən gələndə yaz olur,

Saz olur, avaz olur.

Səməni saxla məni,

Səməni, can səməni,

Göyərdərəm mən səni.

Səməni, al məni,

Hər yazda,

Sən yada sal məni.

Səməni, saxla məni,

Göyərdərəm mən səni.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video