15:22 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səməd Seyidov: Ermənistanın bir seçimi var - Azərbaycanla sülh bəyanatı imzalamaq, ölkələrimizin ərazi bütövlüyünü qarşılıqlı tanımaq
ANA SƏHİFƏ / SİYASƏT
12:09 28.09.2021

 

Ermənistandakı seçkilər təkcə bu ölkə üçün deyil, qonşu ölkələr üçün də mühüm hadisədir. Qonşu ölkələrdən birində baş verən hadisə digərində də əks-səda doğurur. Düz bir il əvvəl Ermənistan tərəfinin provokasiyaları nəticəsində əks-hücum əməliyyatına başladıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının ilk iş günüdə “Ermənistanda erkən parlament seçkilərinin müşahidə”si ilə bağlı müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib: “Həqiqətən də çox maraqlıdır ki, erməni xalqı müharibədə ölkəni kapitulyasiyaya aparan, məğlubiyyətə düçar etmiş bir şəxsə səs verdi. Müharibədə ölkəni məğlubiyyətə aparmasına baxmayaraq, N.Paşinyanın partiyası xalqın səsini aldı. Minlərlə erməni əsgəri həlak oldu, ölkə fəlakətlə üzləşdi. Belə bir vəziyyət başqa ölkədə görünübmü? Xeyr. Amma bunun səbəbi var və bu səbəbi erməni xalqı arasında tapa bilərsiniz. Xalq Sarkisyan, Köçəryan və Ohanyan cinayətkar rejiminin əleyhinə səs verdi.

Üç il əvvəl N.Paşinyanın münaqişənin sülh yolu ilə həlli şansı olmasına baxmayaraq, o, bundan istifadə edə bilmədi və tarixi səhvə yol verdi. Sarkisyanın, Köçəryanın və Ohanyan rejiminin yolunu tutdu. Onun bu səhvi Ermənistanı bugünkü acınacaqlı vəziyyətə yuvarladı. Tarix ermənilərə ikinci şansı verdi. Ancaq nə görürük? Yenə hakimiyyətə gələnlər revanşizm ideyalarına yer verirlər, yenidən müharibədən danışırlar. Üç il əvvəl olan ideyaları yenidən gündəmə gətirirlər. Buna görə erməni həmkarlarıma müraciət edirəm: “Belə davranışı dayandırın. Belə davranışınızın ciddi nəticələrini gördünüz, ölkəni uçuruma apardınız. Bu gün bir seçiminiz var - Azərbaycanla sülh bəyanatı imzalamaq, ölkələrimizin ərazi bütövlüyünü qarşılıqlı tanımaq”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM