17 Iyul 2021 00:05
942
DÜNYA
A- A+

Sel Almaniyanı çənginə alıb

 

Həlak olan və itkin düşənlərin sayı artmaqda davam edir

 

Almaniya və Avropanın digər bir neçə ölkəsində “Bernd” qasırğasının törətdiyi leysan yağışları və daşqınlar faciələrə səbəb olur.

Almaniyanın qərb sahilində yerləşən müxtəlif rayonlarda 80 nəfərdən çox adam həlak olmuş, yüzlərlə sakin itkin düşmüşdür. Koblentsdəki Polis idarəsinin rəsmi nümayəndəsi bildirmişdir ki, dünən təkcə Reynland-Pfalts regionunda azı 50 nəfər təbii fəlakətin qurbanı olmuşdur. Qonşu Şimali-Reyn-Vestfaliya rayonunda isə 31 nəfəri sel aparmışdır. Həlak olanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, “Bernd” siklonunun törətdiyi leysan yağışlarından sonra Reyn çayı və onun qollarının sahillərindəki bir çox şəhərlərdə daşqınlar baş vermişdir. Reynland-Pfaltsda  6 ev dağılmış, daha bir neçə bina uçma təhlükəsi altında qalmışdır.

Arvaylerdə təbii fəlakətlə bağlı fövqəladə vəziyyət elan edilmişdir. Bir neçə şəhərin ətraf dünya ilə əlaqəsi kəsilmişdir. Adamlar xilasediciləri öz evlərinin damlarında gözləmək məcburiyyətindədir. Yaranmış vəziyyətdə könüllülər ehtiyacı olanlara xeyli kömək göstərir. Şəhərdə vəziyyət ağır olduğundan yerli administrasiya sakinləri mümkün qədər evdə qalmağa, zərurət yarandığı halda isə yuxarı mərtəbələrə qalxmağa çağırır.

Reynland-Pfalts, Şimali Reynd-Vestfaliya və Saar regionlarının bir çox hissələrində leysan yağışları və daşqınlar bəndləri və yolları sıradan çıxarmış, elektrik enerjisinin qapanmasına səbəb olmuş, habelə içməli suyun verilməsinə əngəl yaratmışdır. Ayfel rayonundakı yaşayış məntəqələrində məktəblər bağlanmışdır.

Almaniyanın əsas dəmir yolu operatoru “Deutsche Bahn” konserni sərnişinləri yaxın günlərdə Şimali Reyn-Vestfaliyaya və onun ətrafına səfərlər etməməyə çağırmışdır. Belə ki, dəmir yolunun bir çox hissələri suyun altında qalmışdır və qatarların hərəkətini mümkünsüz edir.

Şimali Reyn-Vestfaliya regionunun baş naziri, Almaniya Kansleri vəzifəsinə namizəd Armin Laşet daşqından xeyli ziyan çəkmiş Xagen şəhərinə səfər etmiş və sakinlərə təcili yardım ediləcəyini vəd vermişdir.

Reynland-Faltsda dünən həlak olanların xatirəsinə dövlət bayraqları endirilmişdir. Dağılmış infrastrukturların bərpası üçün ilkin olaraq yerli hakimiyyət orqanları 50 milyon avro ayıracaq.

“Bernd” qasırğası Almaniya ilə qonşu ölkələrdən də yan keçməmişdir. Daşqınlar barədə məlumatlar həmçinin Niderlanddan, Belçikadan və Lüksemburqdan daxil olur. Bundan əvvəl isə daha bir siklon İsveçrəni vurmuşdur. Orada güclü küləkdən və leysan yağışlarından xüsusilə eyniadlı inzibati mərkəzi ilə birlikdə Sürix kantonu zərər çəkmişdir.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video