22 Aprel 2014 07:04
465
Səhiyyə
A- A+

Şəkidə 70 minə yaxın sakin tibbi müayinədən keçmişdir

Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Şəki rayonunda da uğurla başa çatmaq üzrədir.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Məcid Əliyev AzərTAc-a bildirmişdir ki, fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək 70 minə yaxın rayon sakini müayinədən keçərək öz səhhətləri barədə ətraflı məlumat əldə etmişdir. Müayinədən keçənlərin 6307 nəfərinə müalicə təyin olunmuş, 102 nəfər stasionar müalicəyə cəlb edilmişdir. Bundan əlavə, daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 42 xəstə paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.
Rayonun 40-dan artıq yaşayış məntəqəsində tibbi müayinələrin başa çatdığını bildirən baş həkim, müraciət edən vətəndaşların əksəriyyətində qan təzyiqi, ürək-damar, piylənmə, şəkər, zob kimi xəstəliklərin, endokrinoloji problemlərin aşkar olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, sakinlərə xəstəliklərin profilaktikası barədə ətraflı məlumat verilir, müvafiq müalicə kursları təyin edilir.
Tibbi müayinələr təcrübəli mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında həyata keçirilir. Müayinələrin keçirildiyi xəstəxananın konsultativ poliklinika şöbəsi aksiyaya başlandığı gündən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hər gün bu səhiyyə ocağına yüzlərlə rayon sakini müraciət edir. Buradakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs və digər müayinə kabinetləri əhaliyə gün ərzində pulsuz xidmət göstərir. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin daxil olduqları səyyar briqadalar ucqar kəndlərin əhalisinə, habelə xəstəxanalara gəlmək imkanı olmayan sakinlərə yerlərdə tibbi xidmət göstərirlər.
Bütün ölkə əhalisi kimi, şəkililər də bu nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video