26 Avqust 2012 01:08
493
Oxucu məktubları
A- A+

Şəki əsrarəngiz istirahət mərkəzinə çevrilir

 

Dövlətimizin göstərdiyi yüksək qayğı sayəsində dağlar gözəli Şəki şəhəri öz qədimliyini qorumaqla yanaşı, ildən-ilə müasirliyini də mükəmməlləşdirir. Abad yollar, rahat küçələr, milli memarlıq üslubunda tikililər hər bir şəkilinin ürəyində xoş duyğular oyadır.

Getdikcə insanların həyat şəraiti daha da yaxşılaşır, rayona gələn qonaq-qaranın sayı artır. Şəki Azərbaycanın aparıcı turizm bölgələrindən birinə çevrilib. Burada müasir istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilir. Almaniyanın qabaqcıl turizm şirkətləri ilə danışıqlar aparılıb və turizm sahəsində beynəlxalq təcrübəyə malik ekspertlər Şəkiyə dəvət ediliblər.

Son aylar rayonumuzun həyatı əlamətdar hadisələrlə xeyli zənginləşib. Bu hadisələrin sırasında respublika Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş "İpək Yolu" III Beynəlxalq Musiqi Festivalı və Şəki Xan Sarayının 250 illik yubileyinə həsr olunmuş böyük bayram tədbiri xüsusi qeyd edilməlidir. Bu möhtəşəm tədbirlərdə 700-dən çox qonaq iştirak edib. Həm ölkədən, həm də xaricdən gələn qonaqlar iştirak etdikləri tədbirlərdən böyük zövq aldıqlarını bildiriblər, qədim Şəkiyə heyran olduqlarını səmimiyyətlə etiraf ediblər.

Ölkə Prezidentinin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq böyük mütəfəkkirin adını daşıyan mədəniyyət və istirahət parkında yenidənqurma və əsaslı təmir işləri başa çatmaq üzrədir.

Bu il Şəkidə inşa olunacaq Heydər Əliyev Mərkəzinin, Bayraq meydanının, Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni inzibati binanın da şəhərə xüsusi yaraşıq verəcəyi şübhəsizdir. Şəki Dövlət Dram Teatrının, M.F.Axundzadə adına kino-teatrın, eləcə də digər tikililərin tezliklə istifadəyə verilməsi qədim və müasir Şəkini qonaqlar və turistlər üçün əsrarəngiz istirahət mərkəzinə çevirəcək.

 

Sadiq YUSİFOV,

Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video