13:54 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səhiyyə Nazirliyi Sumqayıtdakı yanğın zamanı ölən və xəsarət alanlarla bağlı açıqlama vermişdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:09 19.09.2012

 

Səhiyyə Nazirliyinin mətbuat xidməti Sumqayıtdakı "Məişət Malları" Açıq Tipli Səhmdar Cəmiyyətində baş vermiş yanğınla əlaqədar məlumat yaymışdır.

Məlumatda bildirilir ki, sentyabrın 17-də saat 17:28-də Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasına "Məişət Malları" Açıq Tipli Səhmdar Cəmiyyətində (keçmiş yuyucu vasitələr zavodunda) neft məhsullarının əlavə qalıqlarının yanması nəticəsində baş vermiş qəza ilə əlaqədar "102" xidmətindən məlumat daxil olmuşdur.

Stansiyanın baş həkimi tərəfindən dərhal səhiyyə şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə məlumat verilmişdir. Saat 17:30-da Təcili Yardım Stansiyasından əvvəlcə

2 briqada, 5 dəqiqə sonra əlavə 3 briqada, daha 8 briqada (cəmi 12 briqada) dərhal hadisə yerinə göndərilmişdir.

Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alanlara ilkin tibbi yardım göstərilmiş və onların hospitalizasiyası işi təşkil olunmuşdur. Həkim-mütəxəssislər mobilizasiya edilmiş, bütün xəstəxanalar və xüsusilə Təcili Tibbi Yardım Xəstəxanası xəsarət alanlara tibbi yardım göstərilməsi üçün tam hazırlıq vəziyyətinə gətirilmişdir.

Təcili tibbi yardım briqadaları müəssisə ərazisində olan 2 çıxışda və süni surətdə yaradılmış 3-cü çıxışda yerləşdirilmişdir. Qəza hadisəsi zamanı təcili yardım maşınları ilə 10 nəfər zərərçəkmiş şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılmışdır.

Bütün zərərçəkənlərə tibbi yardım göstərilmişdir. Hadisə yerində müxtəlif şikayətlərlə stress fonunda (istivurma, arterial təzyiqin yüksəlməsi və s.) olan 9 nəfər şəxsə yerində tibbi yardım göstərilmiş və onlar evə buraxılmışlar. Hadisə yerindən götürülən 3 şəxsin meyiti Sumqayıt Şəhər Məhkəmə Ekspertizası və Patoloji Anatomiya Şöbəsinə gətirilmişdir.

Ümumilikdə indiyə kimi 3 ölü aşkarlanmışdır.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM