07:42 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəhidlərimiz ehtiramla anıldı

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:43 28.09.2021

 

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Lökbatan Tibb Mərkəzində  27 sentyabr Vətən müharibəsinin başlanması ilə bağlı Anım günü tədbiri keçirildi. Öncə Dövlət himni səsləndirildi.

Sonra tədbiri açan mərkəzin direktoru Elçin Hüseynov 44 günlük Vətən müharibəsində ordumuzun qəhrəmanlığından, şücaətindən, Azərbaycan xalqının cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən söz açdı və “Dəmir yumruq”un erməni faşizminin başını əzməsinə diqqət çəkdi.

Tədbirdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, birliyin Qaradağ rayon təşkilatının sədri Maqsud Heydərov, hərbi mahnılar ifaçısı Şəmistan Əlizamanlı, Lökbatan Tibb Mərkəzinin baş həkimi Cəmilə Xanmuradova, mərkəzin doğum evinin baş həkimi Şəfəq Yusifova, cərrah İlyas Həmidov, baş tibb bacısı və əsgər anası Mina Həsənova çıxış edərək Vətən uğrunda şəhid olmuş əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışdılar, onları ehtiramla yad etdilər, qazilərimizə şəfa dilədilər. Tədbirdə Şəmistan Əlizamanlı  hərbi mahnılar ifa etdi. 166 saylı orta məktəbin 4a sinif  şagirdi Məryəm Orucova isə Vətən haqqında şeir söylədi.

Tədbirdən sonra mərkəzin  kollektivi və qonaqlar Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət etdilər.

 

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM