21:49 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəhidin adını daşıyan məktəb əsaslı təmir olunub

ANA SƏHİFƏ / TƏHSIL
01:25 24.09.2021

 

Mingəçevirdə əsaslı təmirdən çıxan növbəti təhsil ocağı şəhid Vaqif Ağakişiyevin adını daşıyan 12 nömrəli tam orta məktəbdir. Vaqif Ağakişiyev Birinci Qarabağ müharibəsində həlak olmuşdur.

Açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, nazirliyin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elçin Həsənzadə, şəhər təhsil şöbəsinin müdiri əvəzi Zamik Cəbiyev, şəhər ictimaiyyətinin nümayəndələri, məktəbin pedaqoji kollektivi, şagirdlər iştirak etmişlər.

450 şagirdlik məktəbdə 23 sinif otağı var. 1969-cu ildən bəri ilk dəfə əsaslı təmir olunan məktəb müasir avadanlıqlarla təchiz edilmişdir. Məktəbdə  laboratoriyalar, akt və idman zalları, yeməkxana, kitabxana və müxtəlif fənn kabinələri, eləcə də şəhidin adını daşıyan guşə var.

 

Tofiq ƏSGƏROV,

Mingəçevir şəhər sakini

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM