02 Iyul 2014 01:07
471
Oxucu məktubları
A- A+

Şəhid xatirəsi - həyat çeşməsi...

Birinci Qarabağ savaşı başlayanda Qubanın Qonaqkənd qəsəbəsindən onlarla gənc döyüş bölgəsinə yollandı. Vətən qarşısında borcunu yerinə yetirmək arzusunda olan bu oğullar düşmənlə qanlı döyüşlərə atıldı. Milyaməddin Məmmədsalahov da həmin oğullardan biri idi.

Milyaməddin 1955-ci ildə Qubanın Cimi kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra əsgəri xidmətə yollanan Milyaməddin geri qayıdıb ailə qurduqdan sonra Rusiyaya köçmüşdü. İşləri də pis getmirdi. Amma 1990-cı ildə Qarabağda müharibə qızışanda o vətənə dönməyə qərar verdi.

Milyaməddin Goranboy, Ağdərə, Şuşa, Ağdam uğrunda gedən döyüşlərin iştirakçısı oldu.Tank komandiri idi. O, Şuşa ətrafında gedən döyüşlərdə düşmənin bir neçə hərbi maşınını, canlı qüvvəsini də məhv etdi. Bacarığı, cəsarəti və vətənsevərliyi ilə gənc əsgərlərə nümunə göstərildi. Milyaməddin 1992-ci ilin iyun ayında Naxçivanik yaxınlığındakı Qaraqaya adlı yerdə gedən döyüşdə qəhrəmancasına həlak oldu. Döyüş yoldaşlarının dediyinə görə, yanan tankın içində qalan Milyaməddin düşmənə son nəfəsinə qədər atəş açıb...

22 il keçməsinə baxmayaraq vətənin Milyaməddin kimi mərd oğulları unudulmayıb. Ötən il Milyaməddinin övladları atalarının xatirəsini əbədiləşdirmək məqsədilə Qonaqkənd icra nümayəndəliyinə müraciət etmişdilər. Razılıq əldə etdikdən sonra işə başlayan Siyavuş, Gülçin və Müşviq qardaşları tikiləcək bulağa suyu Qonaqkənd qəsəbəsi yaxınlığındakı “Pirəqərib baba” deyilən ziyarət ocağından çəkdilər.

Bu gün Qonaqkənd qəsəbəsində şəhid M.Məmmədsalahovun xatirəsinə tikilmiş bulaq var. Bulaqdan su içən hər kəs unudulmaz şəhidlərimizi, o cümlədən Milyaməddini anır, ruhlarına dua oxuyur, bu həyat çeşməsinin yaradılmasında zəhməti olanlara minnətdarlıqlarını ifadə edir.

 

Qəhrəman QASIMOV,

Quba rayonu 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video